Küveyt Azərbaycanla hərtərəfli əlaqələrin inkişafında maraqlıdır
Tarix: 24.05.2016 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Küveyt Dövlətinin Vəliəhdi Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabah Azərbaycanın bu ölkədəki səfiri Elxan Qəhrəman ilə görüşüb. Bu barədə  Azərbaycanın Küveytdəki səfirliyindən məlumat verilib.Görüşdə səfir Azərbaycan Prezidenti İlham Əliyevin Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabaha, Vəliəhd Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabaha və bütün Küveyt xalqına səmimi salamlarını və xoş arzularını çatdırıb. O, Azərbaycan rəhbərliyinin iki dost ölkə arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib.Ölkələrimiz arasında tarixi, dini və mədəni bağlılığın əlaqələrimizin inkişafı üçün münbit şərait yaratdığını bildirən səfir Azərbaycanın İslam və ərəb dövlətləri, o cümlədən Küveyt ilə münasibətlərinə toxunub, mövcud əlaqələrin qurulması və inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük rolunu vurğulayıb. O, Prezident İlham Əliyevin 2009-cu ilin fevral ayında Küveytə rəsmi səfərinin əhəmiyyətini qeyd edib, bu cür yüksək səviyyəli səfərlərin iki ölkə arasında münasibətlərin inkişafına güclü təkan verdiyini bildirib.Diplomat, həmçinin Şeyx Nəvaf Əl-Əhmədin Azərbaycana səfər edəcəyinə ümidvar olduğunu qeyd edərək, bu səfərin iki ölkə arasında mövcud münasibətlərin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inandığını söyləyib.Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət açan səfir Azərbaycanın taleyüklü problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Küveyt Dövlətinin ölkəmizə göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını bildirib. O, iki ölkə arasında sıx əlaqələrin daha da inkişaf etməsi və genişlənməsi üçün var qüvvəsini sərf edəcəyini vurğulayıb.Küveyt Dövlətinin Vəliəhdi Küveyt rəhbərliyi və xalqının Azərbaycanla hərtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu deyib və bu münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Şeyx Nəvaf Əl-Əhməd səmimi salamlarına və xoş arzularına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib və onun da səmimi salamlarının və dost Azərbaycan xalqına rifah, inkişaf, tərəqqi arzularının dövlətimizin başçısına çatdırılmasını xahiş edib.Vəliəhd Şeyx Nəvaf Əl-Əhməd səfir E.Qəhrəmana diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək
05.12.2019
Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
05.12.2019
Müxalifət “dialoq ideyası” ilə ayaqda durmağa çalışır
05.12.2019
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
05.12.2019
Elmar Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info