Dəmir yolunun Dəliməmmədli-Kürəkçay mənzilində 6,8 km yol təmir olunur
Tarix: 24.05.2016 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur."Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, mayın 25-də Dəliməmmədli-Kürəkçay mənzilində 6,8 km yolun əsaslı təmirinə start verilib.Təmir işləri bir həftə davam edəcək. Əsaslı təmir işlərini 11 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir. MMC-nin direktoru Xəqani Kazımovun verdiyi məlumata görə, artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.Qeyd edək ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL" şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb.Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 100 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Prezident Administrasiyasının işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
14.11.2019
Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 14,5 faiz artıb
14.11.2019
“Azərenerji” “Bakı” İstilik Elektrik Mərkəzini qışa hazır vəziyyətə gətirdi: VİDEO
14.11.2019
“Azeri Light”ın bir barreli 67,43 dollara satılır
14.11.2019
Maliyyə Nazirliyinin Kollegiyasının tərkibi dəyişdirildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info