C.Bayramov: “Ali məktəblərdə 30 yaşa qədər elmlər doktoru yoxdur“
Tarix: 24.05.2016 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


"Azərbaycanda təhsil alan doktorantların böyük əksəriyyəti humanitar, sosial və iqtisadiyyatın payına düşür. Lakin dünyanın və ölkəmizin iqtisadi inkişaf tələbləri daha çox texniki, texnoloji, təbiət, kənd təsərrüfatı üzrə alimlərin hazırlanmasını tələb edir. Təhsil müəssisələrində doktoranturaya qəbul planı formalaşdırılarkən ölkəmizə gələcəkdə lazım olacaq peşə sahibləri - mühəndis, texnoloqlar, proqramçı mütəxəssislər, fundamental sahələr üzrə alimlərin hazırlanmasının vacibliyi nəzərə alınmalıdır". Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransında deyib. Onun sözlərinə görə, istedadlı gənclərin elmə istiqamətləndirilməsi və alimlərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində gələcəkdə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Nazir müavini qeyd edib ki,  Milli Məclisdə 2-ci oxunuşdan keçmiş "Elm haqqında" qanun layihəsində bütün təşkilatlarda, o cümlədən ali təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsi və elmi fəaliyyətinin stimullaşdırılmasını nəzərdə tutan tədbirlər əksini tapıb: "Ümid edirəm ki, bu tədbirlərin həyata keçirilməsi ali təhsil sahəsində yüksək ixtisaslı gənc alimlərin yetişdirilməsinə imkan verəcək”.
C. Bayramov bildirib ki, ölkənin elmi kadr potensialının orta yaş həddi ildən-ilə yüksəlir. Onun sözlərinə görə, Təhsil Nazirliyi sistemində çalışan elmlər doktorlarının yaş həddinin təhlili göstərir ki, dövlət  ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru yoxdur. Yaşı 65-dən yuxarı olanların sayı isə 68,7 faiz təşkil edir: "Fəlsəfə doktoru üzrə göstəricilərə gəldikdə, onların yaş nisbəti 30 yaşa qədər 0,8 faiz, 65 yaşdan yuxarı olanların sayı isə 37,8 faizdir. Bu sahədə mövcud elmi potensial üçün arzu olunan səviyyəni gənclərin elmə marağını artırmaqla nail olmaq olar. Yüksək ixtisaslı elmi kadrların hazırlanması qarşıda duran əsas vəzifələrdən biridir".
 
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.11.2020
Müharibədə yaralanmış Elçin Səmədovun ailəsi üçün ev tikiləcək
25.11.2020
Dağlıq Qarabağın ingiliscə yazılış forması dəyişdirilir
25.11.2020
Nazirlik səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrlə bağlı qərar verdi
24.11.2020
Azərbaycanda virusa görə iş saatı azaldılır?
23.11.2020
Şəhid ailələri və müharibə əlillərinə ev verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
3 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
4 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
5 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info