“İstirahət mərkəzlərində qiymətlər 15-20 faiz düşüb”
Tarix: 24.05.2016 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


“Azərbaycanda turistlərin diqqətini çəkən məkanlar dünyanın bir çox turizm ölkələrindən, o cümlədən Antalyadan çoxdur”. Bunu jurnalistlərə açıqlamasında “Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzinin  direktoru, “Synergy Hospitality” şirkətinin baş meneceri Turqay Arı bildirib. O, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə birgə çalışdıqlarını söyləyib: “Hazırda bizim əsas məqsədimiz Azərbaycanda turizm sahəsini inkişaf etdirmək və ölkəyə turist axınını təmin etməkdir. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Türkiyədən gələn peşəkar turizm menecerləri ilə çalışırıq. Əminəm ki, yaxın illərdə də Azərbaycanda da bu sahə Türkiyədə olduğu kimi əsas gəlir gətirən sahələrdən birinə çevriləcək”.
Turqay Arı qeyd edib ki, rəhbəri olduğu “Qalaaltı Hotel & SPA” və “Chinar Hotel & Spa Naftalan” sağlamlıq və istirahət mərkəzlərində hazırda sərfəli qiymət endirimləri həyata keçirilir: “Hazırda dövlətin tövsiyəsi ilə qiymətlərdə endirim siyasəti aparırıq. Əsas istəyimiz odur ki, Azərbaycan daxilində olan hər bir insan da turizm xidmətlərindən faydalansın. Ona görə də qiymətlərdə 15-20 faiz endirimlər edilib”.
Turqay Arı qarşıdan gələn Formula 1 Avropa Qran Prisi və IV İslam Həmrəyliyi Oyunları ilə bağlı da turistlər üçün hazırlıq işlərinə başlanıldığını söyləyib: “Formula 1 Avropa Qran Prisi və IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar görüşlər keçiririk. Bununla bağlı kooperativ müqavilələr hazırlanır. Yəqin ki, yaxın vaxtlarda bu müqavilələr imzalanacaq və əməkdaşlığımız davam edəcək”.



İlkin




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
İstifadəçilər “İnstagram“dakı nasazlıqlardan şikayət edirlər
13.11.2019
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
13.11.2019
Türk hərbçilərin Suriyada azad edilən ərazilərdə mina təmizləmə fəaliyyətləri davam edir
13.11.2019
Hesab.az-dan 3500 nəfər pulsuz plastik bank kartları və stikerləri qazandı!
13.11.2019
Prezident: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info