Yunan iş adamları məhsullarımızın Yunanıstan bazarına çıxarılmasında maraqlıdır
Tarix: 24.05.2016 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Yunan iş adamları Azərbaycan məhsullarının Yunanıstan bazarına çıxarılmasında maraqlıdır.Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO)  bildiriblər ki, bu fikir AZPROMO-nun rəhbəri Rüfət Məmmədovun Yunanıstan-Azərbaycan Ticarət Palatası və Sumqayıt Kimya Sənaye Parkının nümayəndələri ilə keçirdiyi üçtərəfli görüşdə səsləndirilib.AZPROMO-nun rəhbəri Rüfət Məmmədov yunan qonaqlara Azərbaycanda sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, Azərbaycanda uğurla fəaliyyət göstərən yunan şirkətlərindən danışıb, ölkəmizin tranzit və investisiya imkanları, istehsal olunan ixrac qabiliyyətli məhsullar barədə məlumat verib.Sumqayıt Kimya Sənaye Parkının nümayəndələri investorlar üçün parkda yaradılan şərait, infrastruktur, vergi və digər güzəştlər haqda təqdimatla çıxış ediblər.Yunanıstan-Azərbaycan Ticarət Palatasının rəhbəri Kostas Vamvakas rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edib. K.Vamvakas Azərbaycandakı investisiya mühitinin, sənaye parklarında investorlar üçün yaradılmış əlverişli şəraitin, həmçinin Azərbaycan məhsullarının Yunanıstan bazarına çıxarılması imkanlarının yunan iş adamlarının marağına səbəb olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan və Yunanıstanın qarşılıqlı investisiya qoyuluşu məsələləri barədə geniş fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
07.12.2019
Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaq
06.12.2019
Rabitə işçiləri və onların ailə üzvləri üçün müjdə!
06.12.2019
Prezident və birinci xanım Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər
06.12.2019
Azərbaycan beynəlxalq təşkilatların donoru qismində 7 mln. dollar ayıracaq
05.12.2019
Şamaxıda zəlzələdən ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanışlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info