Fermerlərə suvarma suyundan rahat istifadə etmək imkanı yaradılıb
Tarix: 24.05.2016 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Xızı rayonu ərazisində mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi istiqamətində aparılan işlər artıq öz müsbət nəticəsini verməkdədir. Bu il rayon ərazisində yeni suvarılan 800 hektara yaxın sahədən ilk dəfə məhsul toplanacaq. Fermerlər yeni suvarılan ərazilərdə daha çox taxıl, yem və bostan bitkiləri becəriblər. “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində həyata keçirilən işlər nəticəsində Xızı rayonunda 7 min 111 hektar suvarılmayan sahə ilk dəfə su ilə təmin olunub. Bu ərazilər Xızının Giləzi, Şurabad, Sitalçay kəndlərinin torpaq sahələridir. Heç vaxt suvarılmayan sahələrin su ilə təminatı üçün hər 10 hektara 1 ədəd hidrant quraşdırılıb, 12 müasir su çiləyici qurğu işlək vəziyyətə gətirilib. Bununla da fermerlərə suvarma suyundan rahat istifadə etmək imkanı yaradılıb.Yeni suvarılan torpaqlarda taxıl əkən təsərrüfatçı Gülaga Əzimov bildirib ki, əvvəllər bu sahələrdən cəmi 10-15 sentner məhsul əldə etmək mümkün olurdu. Ərazinin suvarma suyu ilə təminatından sonra bu göstərici 35-40, bəzi sahələrdə isə hətta 50 sentnerə qədər yüksəlib.Xızıda suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi istiqamətində işlərə 2014-cü ilin iyulundan başlanılıb və prosesin üç mərhələdə reallaşdırılması nəzərdə tutulub.Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Fərrux Haqverdiyevin sözlərinə görə, bu vaxta kimi rayonda cəmi 2 min 970 hektar torpaq suvarılırdısa, yeni suvarılan torpaqların istifadəyə verilməsi istiqamətində görülən işlər nəticəsində bu rəqəm dörd dəfədən çox artaraq 13 min hektara çatacaq.Xızı rayonunda mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi işləri Taxtakörpü-Ceyranbatan və Samur-Abşeron su kanalından götürülən suyun hesabına reallaşacaq.




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsi davam etdirilir
08.12.2019
Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti ölkəmizin cənub bölgəsində səfərdədir
08.12.2019
Əsgər İqor Rıskin: “Vətəni qoruyanların sırasında olmağımla qürurlanıram”
08.12.2019
Hansı partiyalar parlament seçkisində iştirak edəcək?
07.12.2019
Ümid Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info