AZƏRTAC Bakı Şəhər Halqasının rəsmi media tərəfdaşı oldu
Tarix: 24.05.2016 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə “Formula-1” Avropa Qran-pri yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) arasında rəsmi tərəfdaşlıq haqqında saziş imzalanıb. Sazişi Azərbaycanın gənclər və idman naziri və BŞH-nın sədri Azad Rəhimov və AZƏRTAC-ın baş direktoru Aslan Aslanov imzalayıblar. AZƏRTAC ölkəmizdə keçirilən mötəbər idman tədbirlərinin yüksək səviyyədə işıqlandırılması sahəsində zəngin təcrübəyə malikdir və “Formula-1” Avropa Qran-prisinə hazırlıq barədə mütəmadi xəbərlər yayır. İyunun 17-19-da keçiriləcək bu yarışın yüksək səviyyədə işıqlandırılmasına təcrübəli müxbir və fotomüxbirlər cəlb edilib. Agentliyin bu mötəbər yarışla bağlı xəbərləri 7 dildə təqdim olunur, fotoları bütün dünyada yayılır. AZƏRTAC-ın saytında “Formula-1” bölməsi yaradılacaq, Qran-pri barədə bütün xəbərlər, foto və videomateriallar burada yerləşdiriləcək. AZƏRTAC yarışlara hazırlıq prosesindən, bu çərçivədə təşkil olunan müxtəlif tədbirlərdən xəbərlər, reportajlar hazırlamaqla Qran-pri yarışını həm ölkə daxilində, həm də üzv olduğu informasiya alyansları və tərəfdaş olduğu agentliklər vasitəsilə beynəlxalq aləmdə geniş təbliğ edir. Rəsmi media tərəfdaşlığına dair fikirlərini bölüşən gənclər və idman naziri Azad Rəhimov deyib: “Biz çox şadıq ki, bir əsrə yaxın tarixi olan Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə ölkəmizdə bu il ilk dəfə keçiriləcək “Formula-1” Avropa Qran-prisi haqqında geniş miqyasda məlumatlılığın artırılması sahəsində əməkdaşlıq edirik. Əldə olunan razılığa əsasən, AZƏRTAC ölkə daxilində və xaricdə malik olduğu bütün imkanları səfərbər edərək Bakıda keçiriləcək “Formula-1” yarışı barədə xəbərləri bütün dünyada yayacaq. Xüsusilə qeyd etmək istərdim ki, biz bu il Bakıda sadəcə möhtəşəm yarış keçirməyəcəyik, həmçinin bu yarış vasitəsilə paytaxt Bakını və ümumilikdə milli mədəniyyətimizi dünya ictimaiyyətinə təbliğ edəcəyik. Bu şərəfli işdə bizə dəstəyini göstərəcəkAZƏRTAC-ın rəhbərliyinə və onun bütün kollektivinə öz təşəkkürümüzü bildiririk”. AZƏRTAC-ın mötəbər idman yarışlarının yüksək səviyyədə işıqlandırılması sahəsində zəngin təcrübəsinin və kifayət qədər peşəkar əməkdaşlarının olduğunu vurğulayan baş direktor A.Aslanov deyib: “Ötən il agentliyimiz dünya idman tarixində ilk dəfə keçirilən və rəsmi media tərəfdaşı olduğu birinci Avropa Oyunlarının istər ölkə daxilində, istərsə də dünyada yüksək səviyyədə işıqlandırılmasını təmin edib. AZƏRTAC təmsil olunduğu dünyanın ən böyük informasiya alyansları, eləcə də əməkdaşlıq etdiyi 130-dan çox ölkənin xəbər agentlikləri vasitəsilə Bakıda keçiriləcək “Formula-1” yarışının da fəal təbliğatını aparır”. Sazişə əsasən, AZƏRTAC “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin tədbirlərinin işıqlandırılmasında üstünlüyə malik olacaq və eyni zamanda, yarışın əhəmiyyətini göstərmək üçün Beynəlxalq Avtomobil Federasiyasının “Formula-1” üzrə dünya çempionatında iştirak edən komandalar və sürücülər ilə bağlı həftəlik materiallar yayımlayacaq. Sazişin imzalanması mərasimində Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclasında iştirak etmək üçün Bakıda qonaq olan Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev və Rusiyanın TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Daha bir müxalifət partiyası növbədənkənar parlament seçkilərində iştirak qərarı verdi
09.12.2019
Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmirinə 7,8 milyon manat ayrılıb
09.12.2019
“ABAD“-dan yeni layihə
09.12.2019
Prezident Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib
08.12.2019
Tokioda növbəti yeniyetmə gimnastımız qızıl medal qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info