Multikulturalizm polietnik cəmiyyətlərin mədəniyyətlərini stimullaşdıran faktor kimi
Tarix: 24.05.2016 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Rəhim Həsənov |

AMEA-nın Fəlsəfə və Hüquq İnistitunun doktorantı,
ADMİU-nun redaktoru
Tel:055-661-08-10
e-mail:hesenli.82@inbox.ru




Açar sözlər:
multikulturalizim, qloballaşma, dünya mədəniyyəti, tolerantlıq, milli mədəniyyət, dinlərarası münasibət
Keywords: multikulturalizim, globalization, world culture, tolerance, national culture, intrareligion attitude
Ключевые слова: мультикультурализм, глобализация, культура мира, толерантности, национальной культуры, межрелигиозные отношения

Hər şeydən öncə onu qeyd etmək istərdim ki, dünya mədəniyyəti planetdə məskunlaşan bütün millət və xalqların birgə əməyinin nəticəsində formalaşmışdır. Müasir dövrdə yüksək milli mədəniyyət yalnız öz xalqına xidmət etməklə yekunlaşmır və həmçinin bəşəri xarakter daşıyır. Qarşılıqlı ünsiyyətdə həm özü zənginləşir, həm də başqa millətlərin mədəniyyətlərinin mənəvi dəyərlərinin zənginləşməsinə rəvac verir. Hər bir xalqın özünəməxsus xüsusiyyəti, milli-mənəvi dəyərləri həmin xalqın, həmin millətin pasportu hesab olunur. Hazırki şəraitdə multikulturalizm prosesində etnik və dini azlıqların yaratdığı mədəniyyətə, onların milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmalı, mənfi və mübət cəhətlərinə diqqət yetirməliyik. Müasir dövrdə Azərbaycan mədəniyyəti həm ölkə daxilində yaşayan müxtəlif millət və xalqların, həm də qonşu respublikalarda yaşayan millətlərin mədəniyyətlərini zənginləşdirərərək onlara qarşılıqlı şəkildə təsir edən mühüm mənbə rolunu oynayır.
Hazırda Azərbaycan Respublikasının ərazisində müxtəlif etnoslar, müxtəlif dinin nümayəndələri bir-biri ilə sülh və qarşılıqlı əməkdaşlıq şəkilində yaşayırlar. Müasir dövrdə qloballaşma prosesindən kənarda qalmaq qeyri-mümkündür. Qloballaşma prosesi ilə milli dövlətçilik, milli-mənəvi dəyərlər prosesi arasında ziddiyyət də mövcuddur. Milli özünüdərk, milli ləyaqət siyasi qloballaşmanın əsas problemidir. İnteqrasiya prosesinin qaçılmaz olduğu bir zamanda milli-mənəvi əxlaqi və tərbiyəvi dəyərlərimizin qorunmasına qayğı və maraq daha da artmışdır. Çünki, qloballaşmanın ziddiyyətli gedişatından doğan bu zərurət cəmiyyət həyatının bütün sahələrini əhatə etmişdir.
Azərbaycanda multikulturalizm bu gün öz milli-mənəvi qaynaqlarından qidalanaraq möhtəşəm bir dövrünü yaşayır. Hər bir milli azlıqların iqtisadi-sosial sahələrlə yanaşı, onun milli mədəniyyətinin də hər vasitə ilə inkişaf etdirilməsini, bu mədəniyyətin özünəməxsusluğunun qorunub saxlanmasını, xalq ənənələrinin, mərasim və adətlərinin, mənəvi dəyərlərinin dirçəldilməsini və eyni zamanda xarici ölkələrlə mədəni əməkdaşlığı genişləndirməklə bədii və qarşılıqlı yaradıcılıq əlaqələrinin bir daha möhkəmləndirilməsini tələb edir. “Bilirik ki, tarixən hər bir dövlətin qüdrətinin əsasında iqtisadi güc, siyasi nüfuz dayanır. Lakin ölkədə milli birlik, bunun əsasını təşkil edən humanitar problemlərin xalqın da qəbul etdiyi kimi həlli olmadan qüdrətli səviyyə mümkün deyildir. Sosial-siyasi sabitlik iqtisadi gücün ən əsas lokomotivlərindəndir, onun da kökündə təbii ki, humanitar məsələlərin vaxtında, operativ həlli durur. Əgər humanitar məsələ və problemlər vaxtında və həm də beynəlxalq normalara uyğun həll olunmasa gec-tez ölkədə bu zəmində çox ciddi böhran yaşana bilər. Bu da öz növbəsində iqtisadi və siyasi proseslərə çox mənfi təsir göstərər. Bundan başqa hər bir insan müəyyən intellekt sahibidir. Ölkədə müxəlif dini, milli dəyərlərə məxsus insanların siyasi və hüquqi bərabərliyinin təmin olunması, etnik azlıqların milli-mədəni inkişafına qanunla əsas yaradılması, cəmiyyətin də bu prosesə adi normal yaşayış qaydası kimi baxması ölkədə birliyin sarsılmazlığını təmin edir.” [1]
Bəşəriyyət tarixində baş verən silahlı münaqişələrin, toqquşmaların, müharibələrin səbəbi etnik və dini toplumların arasında bir sıra milli və dini müxtəlifliklərin, hətta ziddiyyətlərin olması faktı danılmaz bir gerçəkdir. Bu nöqteyi-nəzərdən də cəmiyyətin daxilində mövcud olan müxtəlif etnik və dini toplumların birləşməsi barədə yüksək fikir sahibləri daim düşünmüş, bu sahədə bir sıra addımlar atmışlar. Bu qəbildən olan addımlardan biri də ABŞ-da 1970-ci illərin ortalarında Cimmi Karter tərəfindən atıldı və bu addıma multikulturalizm yəni, çoxmədəniyyətlilik adı verildi. Multikulturalizm anlayışı 1980-ci illərin əvvəllərindən başlayaraq, düşüncə sahibləri tərəfindən geniş müzakirə obyektinə çevrilməyə başladı. İlk dəfə Kanadada yaşayan etnik, dini, irqi və mədəni fərqlilikləri ifadə etmək üçün işlədilən bu istilah müasir dövrdə daha geniş bir anlam kəsb edir. Müasir dövrdə də öz aktuallığını itirməyən multikulturalizm ətrafında gərgin mübahisələr davam etməkdədir.
Əgər biz dünya tarixinə diqqətlə nəzər yetirmiş olsaq demək olar ki, bütün xalqların milli dövlətə sahib olmaq üçün mübarizə apardıqlarının şahidi olarıq. Şübhəsiz ki bu mübarizədə hər bir xalq özününün nəyə qadir olduğunu nümayiş etdirərək dünya xalqları sırasında öz imzasını qoymağı bacarmışdır. Hər bir xalqın milli dövlət kimi öz varlığını qorumasında, dövlətçilik ənənələrinin inkişaf etdirilməsində, milli-etnik soykökünə qayıdışında milli mənlik şüuru oynadığı əvəzsiz rolu inkar etmək qeyri-mümkündür. “Milli mənlik milli şüurun bir komponentidir. Milli mənliyin əsasını insanın – hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq və s. ilə bağlı olan sosial keyfiyyətlər daxildir. Milli mənlik şüuru sayəsində millət xalq və etnik qrup maddi və mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, bunlarla bağlı bu və ya digər hadisəyə öz münasibətini bildirir. Milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşında olmalıdır.” [2]
Əlbəttə müstəqil dövlət qurmaq, onu daha da möhkəmləndirib inkişaf etdirmək üçün hərtərəfli, savadlı, mədəni şəxsiyyətin yetişdirilib tərbiyə edilməsi də mühüm amillərdəndir. Çünki şəxsiyyətin hərtərəfli inkişafı, cəmiyyətdə insanlar arasında onun rolu, tutduğu mövqe onun dünyagörüşünü formalaşdırır, siyasi, mədəni, əxlaqi və mənəvi, bədii və estetik inkişafı bütün dövrlərdə, zamanlarda olduğu kimi, müasir şəraitdə, müstəqililk illərində də aktuallıq kəsb edir.
Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi dəyərlərimizi qorumaq, onların tədqiqi və təbliği ilə məşğul olmaq son dərəcə aktual bir məsələdir. Düşüncə tarixinə diqqətlə nəzər yetirsək milli-mənəvi dəyərlər haqqında bilgilərin tarixi köklərinin nə qədər əski dövrlərə dayandığının şahidi olarıq. “Azərbaycanda mədəniyyətlərarası münasibət modelinin özəlliyindən və örnək xüsusiyyətlərindən danışarkən üç arqument əsas kimi diqqəti cəlb edir:
1. Azərbaycanda polietnik və polikonfessional cəmiyyətin tarixən formalaşmış və əsrlərin sınağından çıxmış obyektiv təcrübəsi mövcuddur. Azərbaycanda heç vaxt etnik-dini zəmində qarşıdurma olmamışdır.
2. Müstəqillik dövründə ölkəmizdə tolerantlıq və dialoq ənənələrinin keyfiyyət mərhələsinə yüksəlməsi, gerçək uğurlar göz önündədir.
3. Azərbaycanda mədəniyyətlərarası münasibətlərdə hər bir mədəni birliyin obyektiv təbii haqqı və özünüreallaşdırma ehtiyaclarına dövlət qayğısı siyasəti mövcuddur. Azərbaycançılıq bu mövqeyin cilalanmış çıxış nöqtəsini təşkil edir. 
Müxtəliflik və vəhdətin həqiqi fəlsəfəsi dialoq və tolerantlıq, azərbaycançılıq fəlsəfəsidir. Belə dinamik modeldə mədəniyyətlərin mozaikasında hər bir element “donmuş eksponat” vəziyyətində deyil, canlı “çələng” kimi dialoqdadır, inkişaf və sintezdədir. ” [3]
Hər bir milli respublikanın suverenliyi və tam müstəqilliyi iqtisadi-sosial sahələrlə yanaşı, onun milli mədəniyyətinin də hər vasitə ilə inkişaf etdirilməsini, bu mədəniyyətin özünəməxsusluğunun qorunub saxlanmasını, xalq ənənələrinin, mərasim və adətlərinin, mənəvi dəyərlərinin dirçəldilməsini və eyni zamanda xarici ölkələrlə mədəni əməkdaşlığı genişləndirməklə bədii və qarşılıqlı yaradıcılıq əlaqələrinin bir daha möhkəmləndirilməsini tələb edir.
Demokratik, tolerant, multikulturalist Azərbaycan dövlətinin bərqərar olması xalqımızın həm iqtisadi, həm də mənəvi qələbəsi olmuşdur. Bu gün Azərbaycanın təhsili, mədəniyyəti və ümumiyyətlə, iqtisadi, sosial, mədəni, mənəvi və siyasi həyatının bütün sahələri dünya sivilizasiyasına tam cavab verən bir səviyyədədir. Söykökə qayıdış, millətimizin özünü dərk etməsi, xalqımızın və dövlətimizin sivil bəşəriyyətin birgəyaşayış qaydalrını mənimsəmək prosesi gücləndikcə Azərbaycan xalqının malik olduğu ümumbəşəri mədəniyyətin təntənəsi də daha aydın bir formada nəzərə çarpır. “Multikulturalizm tərəfdarları multikulturalizmi tolerant cəmiyyətdə insanlara öz yerlərini tapmağa icazə verən və sosial məsələlərə daha yaxşı uyğunlaşan ədalətli sistem kimi görürlər. Onlar deyirlər ki, mədəniyyət vahid bir irq, yaxud vahid bir din üzərində qərarlaşmayıb; o, dünya kimi dəyişkən çoxsaylı amillərin nəticəsidir.
Multikulturalizm əleydarları tez-tez mübahisə edirlər ki, multikulturalizm idealı müxtəlif mədəniyyətlərin birgəyaşayışıdır, onların bir-birinə qarşılıqlı təsir göstərib bir-birini inkişaf etdirməsidir, yoxsa bu, arzunun reallıq kimi təqdim olunmasıdır. Çünki multikulturalizmi qəbul etməyənlər deyirlər ki, mədəniyyətlər arasında fərqlər var, qalır və qalacaq və bu mədəniyyətlərin paradoksları da qalacaq. İddia olunur ki, əvvəlcə özlərinin başqalarına bənzəməyən mədəni dərkinin sinonimi kimi qavranılan milli dövlətlər tətbiq etdikləri multikulturalizmə uduzur və nəticə olaraq da “sahib millət”in mədəniyyətinə ziyan dəyir.
Dünya və multikulturalist universal dəyərlər sistemi prinsipi başqasının mövcudluğunu qəbul etməyə əsaslanır. Belə ki, çoxmədəniyyətli dəyərlər sistemi min illər ərzində harmoniya şəraitində yaşayan müxtəlif irqlərin, etiqadların, fərqli kasta və etnosların olduğu cəmiyyətlərdə uzun əsrlər boyu çiçəklənir. Bu, müxtəlif etnosların, müxtəlif dillərin və müxtəlif inancların harmoniya şəraitində birgəyaşayışıdır ki, burada zəif təbəqələr və azlıqlar əhalinin çoxluq təşkil edən hissəsiylə tamamilə təhlükəsizlik şəraitində ömür sürürlər. Bu, varlılarla yoxsulların birgəyaşayışıdır. Əslində, multikulturalizm hər bir millətə özünəməxsus sima və xarakter verir. Beləliklə, bu birgəyaşayış bəzi dəyərləri ümumiləşdirərək gündəlik həyatda əridir. Bu dəyərlər insanların həyatda qalmasını təmin edəcək mübarizə və arzulardan ibarətdir. Bu mübarizələrdən keçərək cücərən dəyərlər toxuma bənzəyir: o, qadağaları, inancları, həmçinin dilləri özündə cəmləşdirirərək bütün qalan dünya ilə də öz içi və məzmunu ilə paylaşır. Multikulturalizm müxtəlif torpaqlardan gələn çoxlu axınların bəşəriyyətin böyük mirasını yaratmaq üçün töküldüyü ümumi bir çayı xatırladır. Buna görə də qatqısız mədəniyyətə xas millət, xalis millət, yaxud xalis irq tədricən yayğınlaşır və mədəniyətin səciyyəsinin özü başqa təyinat qazanır, daha geniş anlam kəsb etməyə başlayır.” [4, səh.16]
Əlbəttə müstəqil dövlət qurmaq, onu daha da möhkəmləndirib inkişaf etdirmək üçün hərtərəfli, savadlı, mədəni, tolerant şəxslərin yetişdirilib tərbiyə edilməsi də mühüm amillərdən biridir. Çünki şəxsiyyətin hərtərəfli inkişafı, cəmiyyətdə insanlar arasında onun rolu, tutduğu tolerant mövqe onun dünyagörüşünü formalaşdırır, siyasi, mədəni, əxlaqi və mənəvi, bədii və estetik inkişafı bütün dövrlərdə, zamanlarda olduğu kimi, müasir şəraitdə də aktuallıq kəsb edir. Mədəni müxtəliflik içərisində həmrəylik yaratmaq, dağıdıcı rəqabətdən uzaqlaşaraq, mədəniyyətlərin qarşılıqlı dialoqunu yaratmaq olduqca önəmlidir. “Mədəniyyətin differensiyasında  dil, irq, din,  sənət, siyasi-mədəni qurumlar və s. kimi oxşar nümunələrindən biri, sistem quran səbəb kimi, konkret etnik birliyi digərinə münasibətdə təşkilatlandıran güc olaraq meydana çıxır. Məsələn, N.Vısotskaya görə “multikulturalizm və ya mədəni müxtəliflik” çoxsaylı mədəni qrupların, fərqli milli mənsubiyyətlərin, dinlərin və s. göstərən cəmiyyətin təyinidir”. Məhz bu nöqteyi nəzərdənsə paralellik aparsaq, digər tədqiqatçı S. Xəlilovun münasibəti də diqqət çəkir. “Biz Avropadan elmi-texniki inkişaf səviyyəsini, rasional düşüncə üslubunu, siyasi təfəkkür mədəniyyətini, fəlsəfi təfəkkürün hüquq müstəvisinə köçürülməsinimi götürmək istəyirik? Yoxsa onların özünün xilas olmağa çalışdığı və məmnuniyyətlə xaricə ixrac etdiyi “kütləvi mədəniyyətimi” nəzərdə tuturuq?”  Hər bir insan istənilən hər hansı bir mühitdə müəyyən milli-mənəvi dəyərlər sistemi çərçivəsində formalaşır. Lakin başqa bir şəraitə düşəndə, həmin şərait-mühitlə bu insan arasında ziddiyyətlər meydana çıxır. Məhz belə insanın digər ona yabançı olan mədəni-mənəvi mühitə uyğunlaşması onun ənənəvi, milli-mənəvi kökündən uzaqlaşması ilə formalaşır.” [5]
Şübhəsiz ki, demokratik cəmiyyət quruculuğunda, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsin, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi barədə ideyalar, prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Həm qloballaşmanın, həm də multikulturalizmin əsas ünsürlərindən birini tolerantlıq təşkil edir. “Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.
Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyi, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Əlbəttə, belə bir Mərkəzin yaradılması multikulturalizmin Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olduğunu göstərirdi. ” [6]
Azərbaycan Respublikasının ərazisində müxtəlif etnoslar, müxtəlif dinin nümayəndələri bir-biri ilə sülh və qarşılıqlı əməkdaşlıq şəkilində yaşayırlar. Müasir dövrdə qloballaşma prosesindən kənarda qalmaq qeyri-mümkündür. Qloballaşma prosesi ilə milli dövlətçilik, milli-mənəvi dəyərlər prosesi arasında ziddiyyət də mövcuddur. Milli özünüdərk, milli ləyaqət siyasi qloballaşmanın əsas problemidir. İnteqrasiya prosesinin qaçılmaz olduğu bir zamanda milli-mənəvi əxlaqi və tərbiyəvi dəyərlərimizin qorunmasına qayğı və maraq daha da artmışdır. Çünki, qloballaşmanın ziddiyyətli gedişatından doğan bu zərurət cəmiyyət həyatının bütün sahələrini əhatə etmişdir. “Qloballaşma ilə milli inkisafın nisbəti həqiqətən də çox maraq doğuran mürəkkəb məsələlərdəndir. Bjezinski yazır ki, qloballaşma “milli dövlət ideyasının təməlinə” əsaslanır. Buradan da belə bir qənaətə gəlmək olur ki, qloballaşma bir tərəfdən milli olanı beynəlmilləşdirir, digər tərəfdən isə milli dövlətləri daha da təkmilləşdirir, milli-mənəvi dəyərlər qlobal dəyərlər əsasında daha da zənginləşir. Daha aydın desək, qloballaşma şəraitində millilik (milli ideya, milli dövlət, milli-mənəvi dəyərlər, milli dil və sair) heç də ölmür, öz forma və məzmununu dəyişir. Millətçilik vətəndaş cəmiyyəti, insan hüquqları, hüquqi dövlət, plüralizm, açıq cəmiyyət və başqa yeni anlayışlar və ideyalar spektrində özünü göstərir, köhnə xəstə millətçilikdən yeni sağlam millətçiliyə keçid hadisəsi baş verir, insanların düşüncə tərzi də yeniləşir. Yeni siyasi proseslər nəticəsində cəmiyyətin liberallaşdırılması ona gətirib çıxarır ki, insanlarda fərdi azadlıq, patriotizm, tolerantlıq, kompromislərə getmək hissləri güclənir, siyasi mədəniyyət səviyyəsi yüksəlir. Şübhə yox ki, bütün bunlar qloballaşma prosesinin necə getməsindən çox asılıdır.” [7, səh.27]
Həmçinin onu da qeyd edək ki, milli siyasət hər bir millətin dünya tarixindəki ictimai mövqeyini əks etdirən başlıca sahədir. O, milli məhdudluğa, milli özünəqapılmaya deyil, bir millətin digər millətlərlə qarşılıqlı əlaqələrinin tənzimlənməsinə xidmət edir. Milli siyasət milli hegemonluğu məqbul saya bilməz, eyni zamanda o, hər bir millətin (etnosun, milli azlığın) tarixi mövqeyini, milli-mənəvi hüquqlarını tam şəkildə qorumağa yönəldilir. Milli mədəniyyət milli siyasətin əsaslandığı, istinad etdiyi başlıca istiqamətlərdən biridir. Çünki o, digər sahələrə nisbətən milli psixologiyanı daha dolğun, dürüst və obyektiv əks etdirir.

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT
1. Cəbrayılov A.,“Respublika” qəzeti, 03 Noyabr 2013
2. Milli mənlik şüuru milli hisslərə istinad edir. http://www.olaylar.az/ news/social/132611/
3. Aslanova R. Azərbaycanda tolerantlıq ənənəsinin fəlsəfi-tarixi, mədəni əsasları. http://azpress.az/index.php?sectionid=news&id=33096
4. Əlizadə M. Azərbaycan multikulturalizmi və teatr. Mədəniyyət:Problemlər və Perspektivlər. Doktorant və Gənc Tədqiqatçıların X Beynəlxalq Elmi Konfransının Materialları. Bakı, ADMİU, 2016
5. Hüseynova N. Milli mədəniyyətlərdə qloballaşma prosesi tarixi gedişatin obyektiv şərti kimi. “Qloballaşma şəraitində kulturoloji innovasiyalar və sosial-mədəni inkişaf” mövzusunda beynəlxalq konfrans. Bakı, Təknur, 2012
6. Niftiyev N. Azərbaycanda multikulturalizm: görülən işlər və gözləntilər. http://www.aznews.az/index.php?c=news&id=81206
7. Tağıyev Ə. Milli kimlik fəlsəfəsi. Bakı, 2013.

Рагим Гасанов
Мультикультурализм как фактор, стимулирующий
развите культуры в полиэтнические обществах
На территории Азербайджанской Республики проживают пердставители различных этносов и различных религий в условиях мирного добрососедства.
На современном наше мультикультуралные ценности развиваются именно на основе исторический сложивешихcя турных традиций.
Созданы в нашей республикие благоприятные условия для социально-экономического и культуры развития каждой этнической группы, сохранение самобытности и традиций и обычаев, языка и морально-этических показатеми. Предусматривается вовпечение их в различные проекты по обмену культурыми традициями и расширение связей с народами и народноетями в зарубежных странах.




 
Müəllifin son yazıları

05.07.2016 Din və etika: İnamın cəmiyyətdə rolu
02.05.2016 Dağlıq Qarabağ münaqişəsinə tarixi aspektdən yanaşma
08.02.2016 Varislik prinsipi etik dəyərlər kontekstində

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10530

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 “İtalyanlar bizə çox bənzəyirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info