Prezident Suma Çakrabartini qəbul edib
Tarix: 24.05.2016 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Dövlətimizin başçısı Suma Çakrabartini yenidən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti seçilməsi münasibətilə təbrik etdi və onun bu vəzifəyə təkrar seçilməsini gördüyü işlərə verilən qiymət kimi dəyərləndirərək ona fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uzun illər mövcud olan əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirdi. Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığı davam etdirməkdə ölkəmizin maraqlı olduğunu deyən dövlətimizin başçısı bildirdi ki, bu bank ilə əməkdaşlıq Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə öz töhfəsini verib.Avropa Yenidənqurma və İnkişaf Bankının özəl sektora yönəltdiyi sərmayələrə toxunan Prezident İlham Əliyev bunu bank tərəfindən bu sektorda vəziyyətin düzgün qiymətləndirilməsi kimi izah etdi və həmin sərmayələrin özəl sektorun inkişafı üçün əlavə maliyyə imkanları yaratdığını dedi.Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin ölkəmizə səfərinin məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirdi.Suma Çakrabarti yenidən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti seçilməsində ölkəmizin verdiyi dəstəyə görə təşəkkürünü bildirdi. O, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd etdi. Suma Çakrabarti rəhbərlik etdiyi qurum ilə Azərbaycan arasında tərəfdaşlığın getdikcə daha da gücləndiyini məmnunluqla vurğulayaraq son illər özəl sektora, xüsusilə qeyri-neft sektoruna qoyulan sərmayələrin artdığını dedi. Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ölkəmizdə aparılan iqtisadi islahatları yüksək qiymətləndirdi.
Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Azərbaycan iqtisadiyyatına qoyulan investisiyanın 70 faizinin özəl sektorun payına düşdüyünü vurğulayan Suma Çakrabarti maliyyələşdirdikləri 9 layihədən 8-nin qeyri-neft sektoruna aid olduğunu dedi.
Görüşdə nəqliyyat, energetika, kənd təsərrüfatı, özəl sektor, sahibkarlıq və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıldı.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Ermənilərin Qarakənd səmasında “Mİ-8” vertolyotunu vurmasından 28 il ötür
19.11.2019
Bu il Azərbaycanda 2454 əkiz, 72 üçəm, 4 dördəm doğulub
19.11.2019
Havanın temperaturu 5-8 dərəcə enəcək, yağış, qar yağacaq
19.11.2019
24 yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulmasına 5 milyon manat ayrılıb
19.11.2019
Direktor: “Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info