“Naxçıvan” Universitetində Eynəli bəy Sultanovun 150 illik yubileyi qeyd edilib
Tarix: 24.05.2016 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Görkəmli yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovun çoxşaxəli fəaliyyəti Azərbaycan ictimai fikir tarixində mühüm mərhələ təşkil edir.“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər ali təhsil ocağında Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə keçirilən “Eynəli bəy Sultanovun 150 illik yubileyi” mövzusunda elmi konfransda səsləndirilib.Konfransı universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il fevralın 15-də imzaladığı Sərəncam görkəmli mütəfəkkirin həyat və fəaliyyətinin yenidən tədqiq olunması ilə yanaşı, həm də ədəbiyyatımızın, mədəniyyətimizin, ümumilikdə, ictimai fikir tariximizin öyrənilməsinə xidmət edən mühüm bir dövlət sənədidir.Konfransda Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri, professor Sədaqət Həsənovanın “Eynəli bəy Sultanovun dil və üslub xüsusiyyətləri”, filologiya üzrə fəlsəfə doktorları Nüşabə Məmmədovanın “Eynəli bəy Sultanovun tərcüməçilik fəaliyyəti”, Nurlana Əliyevanın “Eynəli bəy Sultanov Məhəmməd Tağı Sidqinin müasiri kimi” və Anar Abuzərlinin “Milli mücadilədə Eynəli bəy Sultanov” mövzularında çıxışları dinlənilib.Bildirilib ki, xalqımızın maariflənməsi, ədəbiyyatımızın, mədəniyyətimizin, elmimizin inkişafında yorulmadan fəaliyyət göstərən görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətinin öyrənilməsi, bugünkü və gələcək nəsillərə çatdırılması vacib məsələdir.Qeyd edilib ki, görkəmli ziyalı Qarsda, İrəvanda və Tiflisdə müxtəlif vəzifələrdə çalışıb. “Tiflis Müsəlman Xeyriyyə Cəmiyyətində” və Zaqafqaziya Maliyyə Komissarlığında işləyib. “Kaspi” qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri, “Kavkazskaya kammuna” qəzetinin redaktoru, “İşıq yolu” qəzetinin məsul katibi vəzifələrində çalışıb. Hələ 1882-1883-cü illərdə Naxçıvanda “Ziyalı məclisi”, “Müsəlman dram incəsənəti cəmiyyəti” kimi ədəbi–mədəni mərkəzlər yaradıb. Onun adı yazıçı-publisist, ictimai xadim, eyni zamanda, mədəniyyət tariximizə teatr xadimi və tənqidçisi kimi həkk olunub.Sonda tədbir iştirakçıları Eynəli bəy Sultanovun həyat və yaradıcılığına həsr olunmuş slayda baxıblar.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
18.11.2020
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
18.11.2020
“Türkvizyon“ gələn il Şuşada keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Зачистка по-пашиняновски. Усидит ли армянский премьер на посту до конца года
2 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
3 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
4 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
5 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info