Erməni ekspert: “Kreml Ermənistan dövləti və xalqını alçaldır”
Tarix: 24.05.2016 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


Tevos Arşakyan: “Azərbaycan Rusiya üçün çox qiymətli mükafatdır. Azərbaycan o qədər qiymətlidir ki, Rusiya onu, hətta parlament komissiyası səviyyəsində ittiham etmək istəməyərək, Ermənistanı qurban verir”

Ermənistan tərəfi hələ də aprel məğlubiyyətinin təsirindən qurtula bilməyib. Müxtəlif manevrlər etməyə çalışaraq vəziyyətdən çıxmaq istəyən rəsmi İrəvan əsl reallığın diktə etdiyi şərtlərdən yaxısını qurtara bilməyəcək.
Erməni ekspert Tevos Arşakyan “ArmenianReport”a bildirib ki, Sərkisyan rejiminin Kremldən olan kuratorları Ermənistan dövləti və xalqını alçaltmaqda, ələ salmaqda davam edirlər. Ekspert deyib ki, aprel əməliyyatları vaxtı və ondan sonra Rusiya və onun “cib təşkilatları” olan KTMT və Avrasiya İttifaqı Ermənistana münasibətdə satqın mövqe tutublar:
“Həmin günlərdə biz bir real həqiqəti anladıq ki, əslində, heç bir müttəfiqimiz yoxdur. Ermənistan Rusiyaya, sadəcə, hərbi bazasını yerləşdirmək üçün əlavə yer kimi lazımdır. Aprelin 15-də İrəvanda Rusiya və Ermənistan parlamentlərinin müdafiə və təhlükəsizlik komissiyalarının toplantısı keçirildi. Rusiyanın müdafiə sahəsinə cavabdeh senatorlarının qatıldığı toplantı Ermənistan üçün çox vacib idi. Amma rusiyalı senatorların heç biri Azərbaycanın əleyhinə söz işlətmədilər. Rusiya Federasiyasının komitə sədrinin müavini Aleksandr Çekalin, sadəcə, heç bir əhəmiyyət kəsb etməyən ümumi ifadələr işlətməklə kifayətləndi. Çekalin və digərləri erməni jurnalistlərdən uzaq durmağa üstünlük verdilər. Amma bununla da bitmədi. Müdafiə komissiyalarının toplantısının sonunda qəbul edilməli olan birgə bəyanata Azərbaycanın təxribat törətməsi və Rusiyanın silah satışı ilə bağlı ifadələr də daxil edildi. Amma Rusiya nümayəndələrinin israrlı tələbindən sonra birgə bəyanat qəbul edilmədi.

“Həmin günlərdə biz bir real həqiqəti anladıq ki, əslində, heç bir müttəfiqimiz yoxdur. Ermənistan Rusiyaya, sadəcə, hərbi bazasını yerləşdirmək üçün əlavə yer kimi lazımdır”

Aleksanr Çekalin bu addımlarını belə izah etdi ki, Rusiyada qəbul edilən prosedur qaydalarına uyğun olaraq onlar birgə bəyanatı parlamentin digər komitələri ilə də razılaşdırılmalıdır: “Biz razılaşmışıq ki, bəyanatları Moskvaya göndərək, üç komitədə müzakirə olunandan sonra qərar qəbul edilsin”. Çekalinin bu mövqeyi Ermənistanda böyük qəzəb doğurdu. Axı bundan əvvəlki illərdə keçirilən iclaslarda birgə bəyanatlar heç bir problem olmadan qəbul edilirdi. Erməni tərəfinin dişlərini sıxaraq birgə bəyanatla bağlı Moskvadan cavab gözləməkdən başqa yolu qalmır. Erməni deputatlar aprelin 15-dən sonra hələ də Moskvadan gələcək həmin cavabı gözləyir. KİV-in məlumatına görə Ermənistan parlamentinin müdafiə komissiyasının rəhbəri Koryun Naapetyan da rusiyalı həmkarlarına bu məsələ ilə bağlı məktub da göndərib. Amma məktuba da cavab verən yoxdur. Buradan belə çıxır ki, Azərbaycan Rusiya üçün çox qiymətli mükafatdır. Azərbaycan o qədər qiymətlidir ki, Rusiya onu hətta parlament komissiyası səviyyəsində ittiham etmək istəməyərək, Ermənistanı qurban verir. Əliyevin əzizlənməsi fonunda Sərkisyanın bu qədər açıq şəkildə ələ salınması, alçaldılması ona lazımdırmı? Aydındır ki, Putin Azərbaycanı Avrasiya İttifaqında, mümkün olarsa, KTMT-də görmək istəyir. Ona görə bilmədən olsa belə, rəsmi Bakının xətrinə dəymək istəmir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Daha bir müxalifət partiyası növbədənkənar parlament seçkilərində iştirak qərarı verdi
09.12.2019
Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmirinə 7,8 milyon manat ayrılıb
09.12.2019
“ABAD“-dan yeni layihə
09.12.2019
Prezident Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib
08.12.2019
Tokioda növbəti yeniyetmə gimnastımız qızıl medal qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info