Almaniyanın cinayət statistikası: əcnəbi və miqrantlara hücumlarda rekord artım
Tarix: 24.05.2016 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Bəzi ölkələr özlərini demokratik inkişaf yolunda model hesab etsələr də, təcrübə göstərir ki, bu heç də belə deyil. Onlar öz daxillərində cərəyan edən hadisələrə münasibət bildirmədən digər ölkələri ittiham edirlər ki, bu da ikili standartlara yol açır. Mövcud faktlar həmin ölkələrdə insan haqlarının real vəziyyətinin necə olması barədə aydın təsəvvür yaradır. Belə ölkələrdən biri kimi bu gün Almaniyada baş verən prosesləri göstərə bilərik.
Almaniyada əcnəbilərə və sığınacaq axtaran şəxslərin məskunlaşdığı yerlərə yönəlmiş hücumlar 2015-ci ildə rekord səviyyədə artıb. Almaniya daxili işlər naziri Tomas de Maiziere mətbuat konfransında, 2015-ci ilin cinayət statistika hesabatını açıqlayıb.

Siyasi cinayətlərdə “partlayış”
Nazir Maiziere: "Siyasi cinayət hadisələrinə toxunsaq görərik ki, bu hadisələr 2015-ci ildə sanki bir partlama göstərib. 2001-ci ildən bu yana siyasi cinayət hadisələri heç bu qədər yüksək olmamışdı. Təxminən 39 min hadisə baş verib. Bunlardan 4 min 400-ü zorakılıq hadisəsidir. Bu da 2015-ci ilin ümumi cinayət hadisələrinin 19,2 faizini təşkil edir. Zorakılıq hadisələrində da 30 faiz nisbətində bir artım deməkdir. Cinayət hadisələrinin əsas mövzusu isə miqrantlardır. Bu sahədə xüsusilə sağçı hücumların sayı keçən il 23 minlə əvvəlki ilə görə 6 min artıb”.
Ultra solçuların işlədiyi cinayət hadisələrinin sayının da 9 min 600 ilə 18,3 faiz artım göstərdiyini ifadə edən Maiziere, onların zorakılığa daha meyilli olduğunu və ümumiyyətlə, polislərə hücum etdiyini, sağçıların da zorakılıq etdiyini, ancaq daha çox əcnəbilərə qarşı cinayət təşkil edən təbliğat hərəkətləri reallaşdırdığını söyləyib.

Qaçqın sığınacaqlarına
hücumlar 5 dəfə artıb

Xüsusilə sığınacaqlarda məskunlaşanlara yönəlmiş hücumların narahatlıq doğurduğunu deyən Maiziere qeyd edib ki, sığınacaqlara və miqrantlara yönəlmiş hücumlar, 2015-ci ildə bir əvvəlki ilə görə 5 qat artıb. Bu günə qədər belə bir artım olmayıb. Bunların arasında 3 dəfə öldürməyə təşəbbüs hadisəsi yaşanıb. Günahkarların 90 faizi kişidir, cinayət törətdikləri yerin yaxınlığında, ən çox 20 kilometr uzaqlıqda yaşayırlar: “Dörddə üçü 18 ilə 30 yaş arasında və 44 faizinin, yəni təxminən yarısının daha əvvəl bir cinayət hadisəsindən ötəri məhkumluğu olmayıb. Məncə, bunlar diqqəti çox cəlb edir". Ultra sağçı terror təşkilatlarına qarşı mübarizə apardıqlarını və bu cür hadisələr meydana gəldiyində prokurorluqla birlikdə hərəkət etdiklərini deyən Maiziere, ilk dəfə cinayət işləyənlərin sayındakı artımın, cəmiyyət içində bir qütbləşmə yaşandığını göstərdiyini, bunun da narahatlıq doğurduğunu vurğulayıb. Nazir sığınacaqlara yönəlmiş hücumların araşdırılması faizinin də çox aşağı olduğunu, ancaq bunu hadisələrin hələ 2015-ci ildə baş vermiş olmasından qaynaqlandığını, bu faizin gələcək illərdə artacağına inandığını ifadə edib.
Maiziere, keçən il sıx şəkildə yaşanan sığınacaq axtaran şəxslərin köçü əsnasında yaşanan sərhəd pozuntuları səbəbiylə cinayət hadisələrinin sayının təxminən 6 milyon səviyyəsində olduğunu, ancaq miqrantların çoxunun daha sonra qanuni olaraq oturma icazəsi alması ilə əlaqədar bunların statistikada əks olunmasının yanıldıcı bir göstərici olduğunu müdafiə edib. Sərhəd pozuntuları hadisələri nəzərə alınmadığı təqdirdə cinayət hadisələrinin sayının 2015-ci ildə əvvəlki ilə görə təxminən eyni səviyyədə qaldığını ifadə edən Maiziere, bu günə qədər hazırlanan cinayət statistika hesabatlarında, fərqli din qruplarına yönəlmiş hücumların sayının ayrı-ayrı yer almadığını da xatırladıb.

Cinayətlə bağlı statistik hesabat
Almaniya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan Federal Cinayət Statistika Hesabatında 2015-ci ildə əcnəbilər tərəfindən işlənən sərhəd pozuntusunun sayının 402 min 741 olduğu, bu rəqəmin 2014-cü ildə 156 min 396 olduğu göstərilir. Bu cinayətlərlə birlikdə Almaniyada keçən il qeydə alınan ümumi cinayət sayının 6 milyon 330 min 649 olduğu, cinayətlərin araşdırılması nisbətinin 94,8 faizə yüksəldiyi açıqlanıb. Almaniyada keçən il təxminən 2 milyon şübhəlinin qeydə alındığı, bunun da əvvəlki ilə görə heç bir fərqlilik göstərmədiyinin diqqəti çəkdiyi hesabatda, bu şübhəlilər arasında əcnəbilərin 27 faiz olduğu bildirilir. Əcnəbi şübhəlilərin sayının 2015-ci ildə əvvəlki ilə görə artaraq 492 min 610-dan 555 min 820-yə çatdığı qeyd edilir.

Hücumlarda qorxuducu artım var
Sığınacaq axtaran şəxslərin məskunlaşdığı yerlərə hücumların sayı da 2014-cü ildə 199 olduğu halda, 2015-ci ildə bu rəqəmin 1031-ə yüksəldiyi, keçən il 4 cinayətə təşəbbüs, 60 yaralama, 94 atəşə məruz qoyma və 8 bomba qoyulması hadisəsinin qeydə alındığı vurğulanır. Hesabatda yerləşmə, mühacirət və sərbəst hərəkət qanunları pozuntularının eyni dövrdə 157,5 faiz artım göstərdiyi, soyğun hadisələrində da artım olduğu, zorakılıq hadisələrinin də 181 min 386 hadisə ilə yüksək səviyyədə olduğu ifadə edilir. Əmlaka zərərvermə, maliyyə cinayətləri və sosial yardımlarda fırıldaqçılıq günahlarında isə azalma olduğu ifadə edilir.

Almaniyada 1 milyon uşaq istismarı
Alman hökumətinin ölkədəki uşaq istismarlarını araşdırmaq üçün təyin etdiyi müstəqil müfəttiş Johannes-Wilhelm Röriq, ölkədə uşaqlara yönəlmiş təcavüz hadisələrinin zamanla "çox vəhşi ölçülərə çatdığını" söyləyib. Röriq, “Die Welt” qəzetinə açıqlamasında uşaqlara təcavüz hadisələrinin çox zaman gizli qaldığını və polisə bildirilmədiyini qeyd edib. Röriq, "Hər il 60 ilə 100 min təcavüz hadisəsi yaşanır. 18 yaşındakı gəncləri də buna daxil etsək, Almaniyada təxminən 1 milyon uşağın təcavüzə uğradığını təxmin edirik" - deyib.

Küçə qadınları uşaqlarını satır
Röriq, mütəşəkkil cinayət şəbəkələrinin də uşaqlara yönəlmiş cinsi istismarda iştirak etdiyini və küçə qadınlarının uşaqlarını pul qarşılığında satdığını deyib: “Mütəşəkkil cinayət daxilində uşaq və gənclər ən ağır şəkildə işgəncəyə məruz qalırlar. Uşaqlar kamera qarşısında belə öldürülür. İnsanların uşaqlara etdiyi təsəvvür edilə bilməz vəhşi hadisələr var".
Bəzi ailələr içində illərcə cinsi istismara məruz qalan uşaqların da olduğuna diqqət çəkən Röriq, yalnız bu uşaqlarda deyil, sadə bir şəkildə istismara uğrayan uşaqlarda belə qarşıdakı həyatlarında içki, narkotik və yemək yemə problemlərinin ortaya çıxdığını deyib. Almaniyada cinsi təcavüz və istismar məsələlərinin artıq sosial qadağalardan çıxdığını, ancaq hələ bu mövzuda uşaqların, özləri günahkar kimi düşünərək utanıb ailələri və dostlarına bunları danışmadığını deyən Rüriq, siyasətçiləri də cinsi istismar hadisələrinə diqqəti artırmağa çağırıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
06.11.2019
Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
01.11.2019
Rus qazının qiymətinin artırılacağı erməniləri qorxuya salıb
31.10.2019
“Əkiləcək 650 min ağacın gələcək taleyini izləmək üçün nəzarət funksiyası həyata keçirilməlidir”
24.10.2019
“Ali təhsillilər də Mərkəzimizə müraciət edərək peşə oyrənirlər”
21.10.2019
“16 şirkətlə müqavilə bağlamışıq, bizim məzunlarımızı heç bir problem olmadan işə götürürlər”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 Prezidentdən Bayraq Günü paylaşımı - Video
5 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info