Bu il AYİB-in Azərbaycana sərmayələrində ciddi artım olacaq
Tarix: 24.05.2016 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


2016-cı ildə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycana sərmayələrində ciddi artım olacaq.
Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) bildiriblər ki, bu fikir MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlının Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilib. Azərbaycanla münasibətlərə çox önəm verdiklərini deyən Suma Çakrabarti ölkəmizdə həyata keçirilən islahatları dəstəklədiklərini bildirib. Onun sözlərinə görə, 2016-cı ildə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana sərmayələrində ciddi artım olacaq. Azərbaycanın maliyyə sektorunun mövcud vəziyyəti və MBNP-nin ortamüddətli strategiyası barədə qonağa məlumat verən Rüfət Aslanlı bank sektorunun sağlamlaşdırılması istiqamətində AYİB ilə sıx əməkdaşlığa hazır olduqlarını bildirib. Görüşdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan ilə AYİB arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, bu baxımdan yeni imkanlar müzakirə edilib.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Xaçmazda baş vermiş avtoqəza zamanı ölənlərdən ikisinin kimliyi məlum olub
06.12.2019
ABŞ-da hərbi aviabazada baş vermiş atışma zamanı ölənlərin sayı 4-ə çatıb
06.12.2019
Yeni Delhidə havanın çirklənməsi təhlükəli səviyyəyə çatıb
06.12.2019
Prezident Şamaxıda “ASAN Həyat“ kompleksinin açılışında iştirak edib
06.12.2019
Azərbaycan Prezidenti: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info