Ermənistanda ordu üçün istehsal olunan məhsullar və geyimlər Polşada satılır
Tarix: 25.05.2016 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Ermənistanda əsgərlər üçün istehsal olunan qida məhsulları və geyimlər Polşada satılır. "Replik.am" saytının verdiyi məlumata görə, bu barədə hüquqşünas Qarik Qalikyan "Facebook" səhifəsində yazıb. 
Hüquqşünas qeyd edib ki, bu barədə ona dostlarından biri bildirib. 
"Dostlarımdan biri mənə bir şey yazdı, söz tapa bilmirəm. Mənim 8 yaşlı övladım öz bufet pulunu əsgərlərə qida göndərmək üçün toplayır. İnsanlarımız var ki, son qəpiyini də əsgərlər üçün sərf edir, amma axırda məlum olur ki, erməni əsgərlər üçün nəzərdə tutulan geyim və konservləşdirilmiş qidalar Polşanın Bielsko Biala şəhərinin mağazalarından birində satılır. Üzərində məlumatların erməni dilində yazıldığı məhsullar əsgər paltarları ilə birlikdə 500 zlotdu, yəni 160 dollar. Dostum bunu öz gözləri ilə görüb, hətta satıcı dostumdan məhsulların üzərindəki ermənicə yazılanları tərcümə etməsini istəyib. Xahiş edirəm, cavabdeh qurumlar bununla bağlı müvafiq yoxlamalar aparsın”, - deyə Q. Qalikyan yazıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.10.2018
Erməni hakimiyyəti altındakı yeni bir “bomba”
19.10.2018
“Seçkilərdən sonra Paşinyanın Rusiya ilə bağlı əsl niyyəti ortaya çıxacaq”
19.10.2018
Rusiya telekanalında Azərbaycan haqqında süjet göstərilib
18.10.2018
Samsunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konfrans keçirilib
18.10.2018
Çində Kəmər və Yolun Enerji Tərəfdaşlığı Bəyannaməsi imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10296

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info