Siyəzəndə “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda konfrans keçirilib
Tarix: 26.05.2016 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Mayın 26-da Siyəzən şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının təşkillatçılığı ilə “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda konfrans keçirilib. Siyəzən Şəhər Mədəniyyət Sarayında keçirilən tədbirdə YAP Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının Qadınlar Şurasının sədrləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, multikultural dəyərlərin Azərbaycan modelinin təbliği istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilir. YAP ölkənin ən nüfuzlu və qüdrətli siyasi qüvvəsidir. Bu baxımdan YAP Qadınlar Şurasının bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Paytaxtla yanaşı, regionlarda da bu cür tədbirin keçirilməsi, multikulturalizmin Azərbaycan modelinin təbliğ olunması əlamətdar hadisədir.Azərbaycanda multikulturalizmin dövlət siyasətinin tərkib hissəsini təşkil etdiyini vurğulayan natiq multikultural nəzəriyyənin əsasında ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası dayandığını qeyd edib. bildirilib ki, bu dəyərlər dünyada ölkəmizin nüfuzunu daha da artırır. Ölkəmizdəki tolerant və multikultural dəyərlər etnik mənsubiyyətindən asılı olmayaraq bütün insanların birləşməsinə səbəb olub. Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli bütün dünyada böyük rəğbətlə qarşılanır. Multikulturalizm sahəsində ən uğurlu model kimi Azərbaycan nümunəsi öyrənilir.Konfransada YAP Qadınlar Şurasının İdarə heyətinin üzvü Zərifə Quliyeva və partiyanın rayon təşkilatları qadınlar şuralarının nümayəndələri çıxış edərək azərbaycançılıq ideologiyası və multikulturalizmin bir-birini tamamlayan dəyərlərə çevrildiyini vurğulayıblar.
Tədbirdə multikultral dəyərlərlə yanaşı, qadın hüquqları, qadınların ölkəmizin inkişafındakı rolu və başqa mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nazirin Xızı şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi
16.01.2019
Kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb
15.01.2019
Hava şəraiti kəskin dəyişəcək: temperatur 10 dərəcə enəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info