Əli Həsənov: “Azərbaycanda medianın palitrası artıq tam formalaşıb”
Tarix: 31.05.2016 | Saat: 15:37:00 | E-mail | Çapa göndər




Bu gün Avropa Şurası və Avropa İttifaqının birgə həyata keçirdiyi Azərbaycanda ifadə azadlığı və media azadlığı layihəsi çərçivəsində diffamasiya mövzusunda dəyirmi masa keçirilir.
Dəyirmi masada çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda fikir, söz, məlumat azadlığının təmin edilməsi, müstəqil medianın formalaşdırılması vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin əsas istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzində olub: "1995-ci ildə qəbul olunmuş Konstitusiyada müvafiq normalar təsbit olunmuş, ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə senzura ləğv edilib ölkədə senzura ləğv edilmiş, KİV azadlığının təmin edilməsi üçün qanunvericilik bazası təkmilləşdirilib və beynəlxalq standartlara uyğunlaşdırılıb, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün çoxsaylı praktiki addımlar atılıb".
Onun sözlərinə görə, Bu gün əminliklə demək olar ki, Azərbaycanda medianın palitrası artıq tam formalaşmış, ölkədə 50-dən artıq televiziya və radio, yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursları, jurnalist təşkilatları və media yayım formaları fəaliyyət göstərir. Azərbaycan qanunvericiliyi hər kəsin informasiyanı sərbəst, azad şəkildə axtarmaq, əldə etmək, yaymaq hüququnu təmin edir. Azərbaycanda mətbuat orqanı açmaq çox asan prosedur keçmək və fəaliyyətə başlamaq mümkündür.
"Hesab edirəm ki, bunda həm Azərbaycanın inkişaf perspektivini müəyyən edən strateji inkişaf xəttinin həyata keçirilməsi, həm də ölkənin bir çox beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyəti mühüm rol oynayıb. Bilirsiniz ki, Azərbaycan demokratik normaların inkişaf etdirilməsi və vətəndaş cəmiyyəti quruculuğu sahəsində ATƏT və Avropa Şurası ilə sıx əməkdaşlıq edir, ötən illərdə media azadlığının inkişaf etdirilməsi sahəsində bir çox uğurlu layihələr həyata keçirilib. Əlbəttə, onların sırasında Avropa Şurası və Avropa İttifaqının birgə “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “İfadə və media azadlığı” layihəsinin də özünəməsxus yeri var", - deyə Ə. Həsənov bildirib.
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç bildirib ki,Avropa Şurası media prüralizmini üzv ölkələrdə, o cümlədən Azərbaycanda təşviq edir. Avropa Şurası bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq edir, “Azərbaycanda ifadə azadlığı və media azadlığı” layihəsi də bu qəbildəndir: “Diffamasiya barədə qanunun məqsədi ifadə azadlığını müdafiə etməkdir. Avropa Şurasının baş katibi Yaqland Avropa Şurasına üzv 47 dövləti bu barədə qanun qəbul etməyə çağırıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra media azadlığı ilə bağlı qanunvericilik aktlarını təkmilləşdirib, ancaq diffamasiyaya görə cinayət məsuliyyəti hələ də qalır. Avropa Şurası Nazirlər Kabineti media azadlığı ilə bağlı üzv ölkələrdən qanunvericiliyi nəzərdən keçirməyə çağırıb. Dəyirmi masa zamanı Avropa Şurasının standartlarını müzakirə edəcəyik. Bu, Azərbaycanda maraqlı tərəflər və ekspertlərlə müzakirə aparmaq imkanı olacaq”.
Avropa Şurası İnformasiya Cəmiyyəti İdarəsinin rəisi Patrik Pennikx qeyd edib ki, 250 il əvvəl İsveç parlamenti media azadlığı ilə bağlı liberal qanun qəbul edib: “Bu qanun dünyanın ilk informasiya azadlığı qanunu olub. “Azərbaycanda ifadə azadlığı və media azadlığı” layihəsi çərçivəsində isə biz jurnalistlərə təlimlər keçməklə informasiya azadlığına dəstək verməyə çalışırıq. Jurnalistləri hüquq və öhdəlikləri barədə maarifləndirmək qarşıya məqsəd qoyulub. Bu yaxınlarda 15 jurnalistin Avropa Şurasına səfərini təşkil etmişik”.

P. Pennikx diffamasiya qanunlarının istisna hallarda tətbiq edilməli olduğunu söyləyib: “Yüksək vəzifəli şəxslər tənqidə daha dözümlü olmalıdırlar. Açıq siyasi məsələlərin müzakirəsinə heç bir məhdudiyyət qoyulmamalıdır. Jurnalistlər və media isə insanların hüquq və reputasiyalarına münasibətdə hədləri keçməməli, jurnalistikanın etik qaydalarına riayət etməlidirlər. Biz hansısa diffamasiya qanunvericiliyi ilə məşğul olmamalıyıq. Cinayət Məcəlləsi ilə bərabər Mülki Məcəllədən də bu maddələr çıxarılmalıdır”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan prezidentinin çıxışlarında məmurları tənqidə dözümlü olmağa çağırdığını xatırladıb: “Azərbaycan dövlətinin diffamasiyaya həssaslığı proqramlarda da əksini tapıb. Heç bir jurnalist yazısına görə cinayət məsuliyyəti ilə üzləşəcəyi qorxusu ilə yaşamamalıdır. Digər tərəfdən, jurnalist məsuliyyətli olmalıdır. Bu istiqamətdə toqquşma nöqtələri var. Diffamasiya mühiti Avropa ölkələrinin bir çoxunda da bərqərar olmayıb. Biz də bu fikirdəyik ki, diffamasiya prinsip etibarilə vacibdir. Mətbuat Şuurası 2008-ci ildən diffamasiya təşəbbüsləri qaldırıb. 2011-ci ildə Mətbuat Şurası diffamasiya haqqında qanun layihəsi hazırlayıb, bu layihəyə Avropa Şurası yüksək qiymət verib. Biz sonra Milli Məclisdə bu qanun layihəsi üzərində birgə işləmişik. Layihə Venesiya Komissiyasında qaldı”.
Ə. Amaşov diffamasiya ilə bağlı fikir ayrılıqları olduğunu bildirib: “Bəzi jurnalistlər diffamasiyanın Azərbaycan üçün tez olduğu qənaətindədir. Deputatlar arasında da ortaq fikir yoxdur. Amma düşünürəm ki, bu gün biz yeni mərhələyə start veririk. Bu, diffamasiyaya hazırlıq dövrüdür. İnanıram ki, burada səslənən təkliflər ümumiləşəcək və diffamasiya barədə bilgilərimizi artıracaq”.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info