“Radikalizmə qarşı tolerantlıq“ mövzusunda tədbir keçirilib
Tarix: 01.06.2016 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Könüllü Gənclər” İctimai Birliyinin həyata keçirdiyi "Radikallıqla Mübarizədə Mənəvi Dəyərlərimizin Rolu" layihəsi çərçivəsində Bakı şəhərində ikinci marifləndirmə seminarları həyata keçirdi. Seminarlara ali məktəblərdə təhsil alan gənclər, orta məktəb şagirdləri və QHT-lərin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, təşkil olunan tədbirdə ölkədə tolerantlıq mühitinin qorunub saxlanması, gənclərimizin milli-mənəvi ruhda tərbiyə olunması, radikal dini cərəyanların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatlarının qarşısının alınması məqsədiylə gənclərimizə milli kimliyimiz, milli-mənəvi dəyərlərimizə hörmət, Azərbaycan tarixidə multikulturalizm mədəniyyəti, mənəvi saflıq və əxlaqi dəyərlərimiz, vətənimizə qarşı məsuliyətlərimiz, fədakarlıq və yardımlaşma mövzularında ətraflı məlumat verildi və mülahizələr aparıldı.
Seminarlarda çıxış edən İlahiyyatçı Fizuli Hüsiyev qeyd edib ki, təəssüflər olsun ki, bu gün ölkəmizdə bəzi gənclər radikal dini cərəyanların təsiri altına düşərək milli və mənəvi şüurdan kənarlaşır. Halbuki milli-mənəvi, o cümlədən dini dəyərlərdən düzgün faydalanmaq gəncləri bir çox zərərli vərdişlərdən, alkoqollu içkilərdən, narkotik maddələrdən, eləcə də cəmiyyətdə tez-tez rast gəlinən bir sıra sosial bəlalardan çəkindirir, onlara birlik, vətənpərvərlik hissləri aşılayır. Əslində düzgün dini anlayış bu sahədə böyük potensiala malikdir.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı və treyninq iştirakçılarına yazılı təsvirli köynək və papaqlar, bukletlər, bloknotlar və qələmlər təqdim olundu.




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Baş Prokurorluq işə qəbulla bağlı müsabiqə elan edir
18.02.2019
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı olub
18.02.2019
Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub
18.02.2019
DGKA-nın tələbələri müxtəlif dövlət qurumlarında təcrübə keçəcəklər
18.02.2019
“ABAD“ “Uğur-2018“ Milli mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info