Almaniya uydurma erməni soyqırımını tanıdı-YENİLƏNİB
Tarix: 02.06.2016 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Almaniya Bundestaqı “erməni soyqırımı”nın tanınmasının nəzərdə tutan qətnamə layihəsini qəbul edib.
“Hürriyet”in verdiyi xəbərə görə, “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqlara tətbiq edilən soyqırımın xatırlanması və anılması” adlanan qətnamə layihəsinin təşəbbüskarları iqtidardakı xristian birlik partiyaları (CDU/CSU) və müxalifətdəki Yaşıllar Partiyası olub. Layihənin əleyhinə 1 nəfər səs verib, daha 1 parlament üzvü isə bitərəf qalıb. 
İclas Bakı vaxtı ilə saat 13.25-də Bundestaqın sədri Norbert Lammertin çıxışı ilə başlayıb. 1915-ci il hadisələrini soyqırım adlandıran N. Lammert o vaxtkı Almaniya İmperiyasının cinayətin iştirakçısı olduğunu bildirib: “Yüz il öncə baş verənlərə görə bugünkü Türkiyə məsuliyyət daşımır. Amma gələcək üçün məsuliyyət daşıyır”.  
 Sosial Demokrat Partiyasının xarici siyasət üzrə sözçüsü Rolf Mützenich deyib ki, qırğınların müharibə zamanı baş verməsi bunun soyqırım olmadığı mənasına gəlmir. O da Almaniyanın cinayətin iştirakçısı olduğunu vurğulayıb. Yaşıllar Partiyasının həmsədri, türk əsilli Cem Özdəmir də layihənin qəbuluna tərəfdar olduğunu söyləyib. 
Çıxışlar 1 saat 15 dəqiqə davam edib. Baş nazir Angela Merkel, baş nazirin müavini Sigmar Qabriel və xarici işlər naziri Frank-Valter Ştaynmayer başqa proqramları olduğu səbəbilə səsverməyə qatılmayıblar. Toplantını Türkiyənin Berlindəki səfirliyinin nümayəndəsi Gül Özgə Kaya da izləyib. İştirakçılar arasında Almaniyadakı erməni icmasının təmsilçiləri və erməni din adamları da olub. 
Qətnamədə bildirilir ki, Almaniya parlamenti Osmanlı İmperiyasında erməni və digər xristian azlıqlara qarşı 100 il öncə başlayan məcburi köçürülmə və qətliamın qurbanlarının xatirəsi önündə hörmətli əyilir: “O dövrün “gənc türklər” rejiminin təlimatı ilə 24 aprel 1915-ci ildə Osmanlı Konstantinopolisində 1 milyondan artıq etnik erməninin sistematik köçürülməsi və qətli başladı. Onların taleyi XX əsrdə yaşanan qorxunc kütləvi qətllərin, etnik təmizliklərin, köçürülmələrin və hətta soyqırımların bir örnəyidir”. 
Mətndə Osmanlının müttəfiqi Alman İmperiyasının yaşanan hadisələrdəki rolu “utan verici” olaraq qiymətləndirilir, bildirilir ki, Almaniya diplomatik nümayəndəliklərinin və missionerlərin xəbərdarlıqlarına baxmayaraq, Almaniya insanlıq əleyhinə bu cinayəti dayandırmayıb.   
Sənəddə Osmanlıda yaşayan assuriyalılar, süryanilər və keldanilər kimi xristian azlıqların da soyqırıma məruz qaldığı iddia edilir, bu mövzunun Almaniyada dərs kitablarına salınması və gələcək nəsillərə çatdırılması tövsiyə olunur. Qeyd edilir ki, bu məsələ Almaniyada yaşayan türk və erməni əsilli vətəndaşların uyğunlaşmasına kömək edəcək. Almaniya hökumətindən isə Ermənistan və Türkiyə arasındakı uzlaşma cəhdlərini təşviq etmək və dəstəkləmək tələb olunur. 

Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Braziliyada dövlət neft şirkətinin işçilərinin tətili
19.02.2020
İranda koronavirusa yoluxan iki nəfər ölüb
19.02.2020
Şentop Makrona sərt reaksiya verdi
19.02.2020
Tramp: “Prezident Ərdoğan güclü və sərt liderdir”
19.02.2020
Kruiz gəmisində sərnişinlər çıxarıldı

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info