“İş adamları ilə gömrük əməkdaşları arasında ünsiyyət minimuma endirilir”
Tarix: 03.06.2016 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Gömrük Xidməti rəhbərlərinin V iclası keçirilib. 
Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Türkiyənin Gömrük və Ticarət Nazirliyinin müstəşar müavini Rəmzi Akçın, Qırğızıstan Hökuməti yanında Dövlət Gömrük Xidmətinin sədri Azamat Süleymanov, Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsinin sədr müavini Qosman Amrin iştirak ediblər. 
Aydın Əliyev çıxışı zamanı bildirib ki, ötən dövr ərzində Azərbaycanda iş adamları ilə gömrük əməkdaşları arasında ünsiyyətin minimuma endirilməsi həyata keçirilib və bu istiqamətdə də işlər davam etdirilməkdədir. 
“Ölkəyə investisiya cəlb etmək və qeyri-neft sektorunu inkişaf etdirmək üçün gömrük keçid məntəqələrində mütəmadi tədbirlər həyata keçirilir. Keçən ildən xarici ölkələrə məxsus nəqliyyat vasitələri Azərbaycana gələrkən yüklərin sığortalanmasından azad olunublar. Eyni zamanda, avqust ayının 1-dən biz Prezidentin sərəncamı ilə “yaşıl”, “mavi”, “sarı” və “qırmızı” dəhlizlərin tətbiqi ilə bağlı işlərə başlamışıq. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycanda elektron bəyannamə sisteminin tətbiqinə başlamışıq. Gömrük bəyannaməsinin qiyməti, xidmət haqqı keçən ilin nisbində dəfələrlə aşağı düşüb”, - deyə komitə sədri vurğulayıb. 
Bundan başqa, komitə sədri tranzit dəhlizin inkişaf etdirilməsindən də danışıb. A.Əliyev qədim “İpək yolu”nun əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu, Çindən Avropaya qədər uzana yol deməkdir. 
Tural




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Prezident İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb
14.10.2019
Səkkiz ayda Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb
14.10.2019
“Azərbaycan nemətləri“ brendinin tanıtımı ilə bağlı memorandum imzalanıb
14.10.2019
Qablaşdırılmış aqrar məhsulları xarici bazara yeni marka ilə çıxarılacaq
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info