Kürdəmirdə barama tədarükünə başlanılıb
Tarix: 03.06.2016 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Kürdəmir rayonunda barama tədarükünə başlanılıb. Kümçülərin yetişdirdikləri məhsul rayonda “Şəki İpək” ASC-nin nümayəndələri tərəfindən qəbul edilir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, bölgələrdə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, o cümlədən baramaçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər görülür. Kürdəmir rayon kənd təsərrüfatı idarəsindən verilən məlumatda bildirilir ki, uzun fasilədən sonra bu il rayonda 20 yaşayış məntəqəsində 46 kümçü 80 qutu ipəkqurdu toxumu yetişdirib. Ən çox məhsul Sovla, Qarasaqqal, Carlı, Dəyirmanlı və digər kəndlərdə olub.Qeyd edək ki, kümçülər keyfiyyətli məhsul yetişdirməyə nail olublar. Yetişdirilən barama hər kiloqramı 8 manat olmaqla, “Şəki İpək” ASC tərəfindən tədarük edilir. Kümçülər çəkdikləri zəhmətin müqabilində əldə etdikləri qazancdan razıdırlar. Hər ailə orta hesabla 800-1000 manat gəlir götürür. Kümçü Bilal Hüseynov bildirib ki, bu il 100 kiloqramdan çox məhsul istehsal edib və haqqını da yerindəcə alıb. Gələcəkdə isə daha çox ipəkqurdu bəsləyəcək.Cari mövsümdə Kürdəmirdə 4 ton barama tədarük ediləcəyi gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılır
25.06.2019
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və FAO arasında əməkdaşlıq imkanları müzakirə edilib
25.06.2019
Azərbaycan-Monteneqro biznes forumu keçirilib
25.06.2019
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək
25.06.2019
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info