“Təmiz Şəhər“ beynəlxalq konfransda iştirak edib
Tarix: 06.06.2016 | Saat: 14:51:00 | E-mail | Çapa göndər


Almaniyanın Münhen şəhərində ekoloji texnologiyalar üzrə ən böyük sərgi və konfransın keçirildiyi “IFAT 2016” öz işinə başlayıb.
“Təmiz Şəhər” ASC-dən verilən məlumasta görə, 30 may – 3 iyun tarixlərində keçirilən bu ilki sərgi-konfrans bərk məişət tullantılarının idarə edilməsinə həsr olunub. 
Tədbirdə hər il 50-dən çox ölkədən yüzlərlə şirkət özünün ətraf mühitin qorunmasına dəstək olan texnologiyalarını nümayiş etdirir, müxtəlif ölkələr bir-biri ilə təcrübə mübadiləsi aparır, yeni texnologiyaları öyrənir. 
Azərbaycandan “Təmiz Şəhər”in nümayəndələri də bu sərgidə iştirak edərək tullantıların idarə olunması sahəsində ən son texnologiyalarla yaxından tanış olub, ölkəmizdə tətbiqi imkanlarını araşdırıb. Konfransda iştirak edən Səhmdar Cəmiyyətin nümayəndələri Azərbaycanda tullantıların idarə edilməsi sahəsində aparılan işlər və tətbiq olunan modern texnologiyalar barədə məlumat verib. 
Eyni zamanda qurumun əməkdaşları tullantıların idarə olunması sahəsindəki ən böyük sərgi-konfransda iştirak edən digər şirkətlərlə tanış olaraq əməkdaşlıq əlaqələri qurub, müxtəlif ölkələrin bu sahədə qazandığı təcrübə öyrənilib. 
“Təmiz Şəhər” Azərbaycanda tullantıların idarə olunmasında daim müasir texnologiyalardan istifadə edərək tullantıların zərərsizləşdirilməsini həyata keçirir.
“IFAT 2016” sərgisində 170 ölkədən 150 min nəfərə yaxın ziyarətçi iştirak edib. 
Tural




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Şirməmməd Hüseynov vəfat etdi
24.06.2019
“Azərxalça”nın daha 5 filialının xalçaları qəbul edilib
24.06.2019
Müdafiə Nazirliyinin yeni generalları
24.06.2019
Azərbaycan İsrailə biyan ixrac edəcək
24.06.2019
Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info