Gələcəkdə tələbələr hansı kreditlərdən yararlanacaq?
Tarix: 06.06.2016 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


 “Hazırda ali məktəblərdə tədris ilini başa vurduğu halda, təhsil haqqını ödəyə bilməyən xeyli tələbə var”. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov Maarifçi Tələbə Kredit Fondunun (MTKF) fəaliyyətə başlamasına və qurumun saytının istifadəyə verilməsinə həsr olunan media – brifinqdə deyib ki, I kursdan sonra tələbələr illik ödənişi birdən yox, hissə-hissə verirlər. Onun sözlərinə görə, Təhsil Nazirliyi də universitetlərə tövsiyə edib ki, tələbələr ödənişi semestr üzrə etsinlər. S. Gözəlov qeyd edib ki, buna baxmayaraq, bəzən tələbələr təhsil haqqını semestrin axırına kimi ödəyə bilmirlər: “Universitetlər onları bir neçə imtahana şərti olaraq buraxır ki, imtahanları versinlər. Lakin təhsil haqqı tədris ilində ondan tələb olunacaq”.
Sektor müdiri əlavə edib ki, bu il üçün kreditlər yalnız bakalavrlara aid edilir, gələcəkdə sistem magistr və doktorantura pilləsində təhsil alanlara də tətbiq olunacaq.
Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov isə bildirib ki, 10 universitetin təsisçisi olduğu pilot layihə gələcəkdə daha da genişlənəcək. Onun sözlərinə görə, tələbələr gələcəkdə təkcə təhsil kreditləri deyil, yaşayışla bağlı kreditlər, müxtəlif iş-tədris şəraitini yaxşılaşdırmaq, digər ləvazimatların alınması üçün kreditlərdən də yararlana biləcəklər: “Hazırda bu layihə yalnız 10 universitetin tələbələrinə şamil edilir. Gələcəkdə təşəbbüsə digər universitetlər qoşulduqda onların da aztəminatlı ailələrdən olan tələbələri bu cür kreditləri almaq imkanı olacaq”.
MTKF icraçı direktoru Rüfət Mahmud isə bildirib ki, pilot layihə olduğundan gələcəkdə konkret hansı işlərin görüləcəyini indidən demək çətindir: “Gələcəkdə tələbələrə yaşayış krediti vermək üçün Fondun maliyyə vəsaiti olmalıdır. Çünki tələbəyə yataqxana və ya kirayə ev üçün vəsait ayrılmalıdır. Növbəti illərdə bu məsələnin gerçəkləşdirilməsi çətindir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Prezident İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb
14.10.2019
Səkkiz ayda Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb
14.10.2019
“Azərbaycan nemətləri“ brendinin tanıtımı ilə bağlı memorandum imzalanıb
14.10.2019
Qablaşdırılmış aqrar məhsulları xarici bazara yeni marka ilə çıxarılacaq
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info