Kompyuterdən çox istifadə edənlər gündə iki stəkan qatıq yeməlidir
Tarix: 06.03.2013 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Hər kəsin qida məhsulu kimi çox yaxşı tanıdığı qatığın bir çox faydalı xüsusiyyətləri var. O ilk növbədə həzmi asanlaşdırır, dişdə daşların əmələ gəlməsinin qarşısını alır. Süddə olan laktoz maddəsi, qatıqda laktik turşuya çevrildiyindən, süd içə bilməyənlər lazımi maddələri əldə etmək üçün qatıqdan istifadə edə bilərlər. Qatıq vərəm xəstəliyinə qarşı təbii antibiotikdir, orqanizmi xərçəng, mədə-bağırsaq xəstəliklərindən qoruyur, eyni zamanda dəriyə parlaqlıq verir.
Bir çox mütəxəssislər bildirirlər ki, qatıq, xəstəlik və infeksiya ilə mübarizədə rol oynayan hüceyrələri daha da fəallaşdırır. Tərkibindəki faydalı bakteriyalar isə mikroblarla mübarizə apararaq, immunitet sistemini gücləndir. Vyana Universiteti alimlərinin apardığı araşdırmalara görə, gün ərzində 3-4 boşqab qatıq yemək immunitet sistemi üçün əvəzsiz rol oynayır.
Türkiyə alimlərinin apardıqları araşdırmalara görə isə, qatıq yemək insanı radiasiyadan qoruyur. Mütəxəssislər mobil telefon, kompyuter, televizor və s. radiasiya yayan cihazlardan gün ərzində çox istifadə edənlərin hər gün iki stəkan qatıq yeməsini məsləhət görür. Araşdırma aparan alimlərin sözlərinə görə, qatığın bədəndə olan zərərli maddələrin ifraz edilməsində əhəmiyyətli rolu var. Qatıq yalnız radiasiyadan qorumaq üçün yox, həm də radiasiyaya məruz qaldıqdan sonra zərər görən hüceyrələrin və toxumaların bərpası üçün də çox faydalıdır. Qatıq, həm də, orqanizmdə kalsium və proteinin miqdarını da yüksəldir. Daha çox evdə mayalanmış qatıqdan istifadə məsləhət görülür.




 
Bölməyə aid digər xəbərlər
14.07.2019
Neçə saat yatmalıyıq?
13.07.2019
Hər gün 60 qram qoz-fındıq 2-ci tip diabetə müsbət təsir göstərir
12.07.2019
Xərçəng riskini artıran içkilər
11.07.2019
Dəfnə yarpağının bu xüsusiyyətləri də var imiş
10.07.2019
Meyvə şirələri içmək həmişə vacibdirmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info