Tütün əkini başa çatmaq üzrədir
Tarix: 07.06.2016 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


Şimal-qərb bölgəsinə daxil olan Şəki, Qax, Zaqatala və Balakən rayonlarında tütün şitillərinin sahələrə köçürülməsi işi müvəffəqiyyətlə başa çatmaq üzrədir. Bu il Şəkidə 730 hektarda tütün əkilməsi nəzərdə tutulub. Şəhər icra hakimiyyətindən verilən son məlumata görə, indiyədək 667 hektara tütün şitili köçürülüb və bu iş davam etdirilir.Qax rayonunda isə cari mövsümdə 300 hektar sahədə tütün əkilməsi proqnozlaşdırılırdı. Tütünçülər verilən tapşırığa artıqlaması ilə əməl ediblər. İndiyədək təsərrüfatlarda 310 hektar sahədə tütün əkini aparılıb.Zaqatala rayonunda da tütün əkini planına tam əməl olunub. Rayonun fermerləri 600 hektar tapşırığa qarşı 601,5 hektar sahəyə tütün şitili köçürüblər və əkin hələlik davam etdirilir.Uzun illər fasilədən sonra bu il Balakən rayonunda da tütün yetişdirilməsinə başlanılıb. 2016-cı ildə rayonda 500 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub. Rayon icra hakimiyyətindən verilən son məlumata görə, bu günədək rayonun təsərrüfatlarında 476 hektar sahəyə tütün şitili köçürülüb və bu iş davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Şirməmməd Hüseynov vəfat etdi
24.06.2019
“Azərxalça”nın daha 5 filialının xalçaları qəbul edilib
24.06.2019
Müdafiə Nazirliyinin yeni generalları
24.06.2019
Azərbaycan İsrailə biyan ixrac edəcək
24.06.2019
Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info