Dollar yenidən ucuzlaşmağa başlayıb
Tarix: 07.06.2016 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Jannet Yellen dünən, iyunun 6-da Filadelfiya ştatındakı çıxışında investorların uçot dərəcəsi ilə bağlı gözlədiyi açıqlamanı verməyib və nəticədə, dolların digər valyutalara qarşı məzənnəsi azalmağa davam edib.
"Report" xəbər verir ki, maliyyə bazarı iştirakçıları J.Yellendən yaxın aylarda uçot dərəcəsini artıracaq siqnallar gözləsə də, o, iyunun 3-də əmək bazarından gələn göstəricinin pisləşməsinə diqqət çəkib. Nəticədə, USD/EUR məzənnəsi 1,1393 səviyyəsinə qədər artıb. FES rəhbəri həmçinin Çinin iqtisadi problemlərinə və Britaniyada keçiriləcək referendumdan danışıb. Buna baxmayaraq, FES başçısı müsbət iqtisadi amillərin üstünlük təşkil etdiyini, əmək haqlarındakı artımın əmək bazarının tam məşğulluğa yaxınlaşdığını bildirsə də FES üzvləri faizləri artırmamışdan əvvəl əmək bazarının tam bərpa olunduğunu görmək istəyir. Bunun üçün də iyun ayı məşğulluq göstəricisinin 200 min nəfərə yaxın olması tələb edilir.
FES-in iyunda faizləri artırmayacağı, iyul ayı üzrə gözləntilərin minimal səviyyəyə enməsi isə dolların məzənnəsini kəskin aşağı sala bilər. Analitiklər ABŞ iqtisadiyyatından zəif statistik göstəricilərin açıqlanmaya davam etməsi halında dollar/avro məzənnəsinin 1,17-1,18 USD/EUR və hətta daha yüksək səviyyəyə qədər artacağını ehtimal edirlər. Belə olarsa, neft qiymətləri də 60-65 dollar/barelə qədər arta bilər.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Şahin Mustafayev: Hazırda Azərbaycanda 3 mindən çox türk şirkəti fəaliyyət göstərir
16.09.2019
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görüldü
16.09.2019
“Əsrin müqaviləsi” Azərbaycanın maraqlarına tamamilə cavab verirdi
16.09.2019
“Azərbaycanla qardaşlıq əlaqələri daha yüksək səviyyəyə qaldırılmalıdır”
16.09.2019
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Estoniyada uğur qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info