Yuxusuzluq və ürək çatışmazlığı arasında əlaqə olduğu aşkar edilib
Tarix: 06.03.2013 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Araşdırmalar nəticəsində məlum olub ki, yuxusuz qalan insanlarda ürək çatışmazlığı riski daha böyükdür.
Norveçli Dr Lars Laugsand və komandası 11 il ərzində 20-89 yaş arası 54 min 279 nəfərin sağlamlıq məlumatlarını araşdırıblar.
Alimlər yuxusuzluq əlamətlərinin üçünə sahib olanlarda ürək çatışmazlığının üç qat artdığını müşahidə ediblər.
Yuxuya getməkdə çətinlik, yuxu pozğunluğu və səhər gümrah oyana bilməməklə ürək çatışmazlığı arasındakı əlaqəni aşkar etdiklərini deyən Laugsand bu üç əlamətə sahib olan insanlarda riskin, bu əlamətlərə sahib olmayan və ya bir-ikisinə sahib olan insanlardan daha çox olduğunu vurğulayıb.
Ancaq Laugsand yuxusuzluğun müalicə edilən bir xəstəlik olduğunu da deyib.
Yuxusuzluq problemlərinin həllinin ürək çatışmazlığının qarşısının alınmasına şərait yaradacağını deyən Laugsand yuxusuzluğun ürək çatışmazlığı riski ilə əlaqəsinin hələ də araşdırıldığını bildirib.
Bioloji səbəblərlə yanaşı, yuxusuzluğun stressi gücləndirərək ürəyin fəaliyyətinə təsir etdiyini və bunun da ürək çatışmazlığı riskinə səbəb ola biləcəyini qeyd edən alim, mövzuyla əlaqəli daha ətraflı araşdırmaların aparılmalı olduğunu söyləyib.
Qeyd edək ki, araşdırma ``European Heart Journal``da dərc olunub.

N.ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
14.07.2019
Neçə saat yatmalıyıq?
13.07.2019
Hər gün 60 qram qoz-fındıq 2-ci tip diabetə müsbət təsir göstərir
12.07.2019
Xərçəng riskini artıran içkilər
11.07.2019
Dəfnə yarpağının bu xüsusiyyətləri də var imiş
10.07.2019
Meyvə şirələri içmək həmişə vacibdirmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info