Nizamidə “Məktəblilərin Sağlamlıq Forumu” uğurla başa çatdı
Tarix: 08.06.2016 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Gənclər üçün Təhsil Mərkəzinin Bakı şəhərinin Nizami rayonunda təşkil “Məktəblilərin Sağlamlıq Forumu” uğurla başa çatıb. İki hissədən ibarət Forum Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib. Forumun əsas məqsədi məktəblilər arasında sağlamlıq mədəniyyətinin formalaşması, onların insan orqanizminə zərərli vərdişlərdən uzaqlaşdırılmasına kömək etməkdir.
Tədbiri giriş sözü ilə çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə Forumun əhəmiyyəti, ölkəmizdə həyata keçirilən ictimai səhiyyə siyasəti barədə məlumat verib. Bildirib ki, yeniyetmələrin sağlamlığının qorunması müasir dövrün aktual məsələsi olduğu üçün bu işə xüsusi diqqət yetirilməli, müvafiq qurumları məktəblilərlə sözügedən istiqamətdə birgə əməkdaşlıq etməlidirlər.
Daha sonra Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədri, ali dərəcəli həkim Sədaqət Vəliyeva çıxış edərək bildirib ki, bu gün ölkə başçısı tərəfindən aparılan siyasət cəmiyyətdə sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin təbliği vasitəsilə ictimai səhiyyə siyasətinin inkişafını dəstəkləmək, yeni təşəbbüslərin formalaşdırılması və gələcək əməkdaşlıqların qurulmasınaşərait yaratmaqdır.
Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurasının nümayəndəsi Həsən Səmədov çıxış edərək Forumun gündəliyində duran məsələlər ətrafında fikirlərini bölüşüblər.
Forumun ikinci hissəsində həkimlər - Nərgiz Cabbarova və Attila Quliyevin sağlam qidalanma, narkomaniya, siqaret əleyhinə və digər mövzulara həsr olunmuş məruzələri dinlənilmiş, video materillar nümayiş etdirilmişdir. Daha sonra, interaktiv metodla məktəblilər arasında fikir mübadiləsi aparılıb.
Forum çərçivəsində məktəblilərə zəruri olan maarifləndirici materiallar paylanıb.
Qeyd edək ki, Bakı şəhərinin Nərimanov, Binəqədi, Nəsimi, Səbail, Sabunçu, Nizami rayonlarında təşkil olunmuş Forum, yaxın günlərdə Xəzər rayonunda keçiriləcək. 

Qorqud




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılır
25.06.2019
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və FAO arasında əməkdaşlıq imkanları müzakirə edilib
25.06.2019
Azərbaycan-Monteneqro biznes forumu keçirilib
25.06.2019
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək
25.06.2019
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info