Azərbaycan diasporu Berlində aksiya keçirib
Tarix: 08.06.2016 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


İyun ayının 7-də Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan diaspor təşkilatlarının birgə aksiyası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, aksiya Berlin Azərbaycan Evi, Bilefeld Alman-Azərbaycan Mədəniyyət Mərkəzi, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi və Azərbaycan Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə baş tutub. Aksiyanın əsas məqsədi Azərbaycan Prezidentinin ölkənin ərazi bütövlüyünün bərpasına istiqmətlənmiş siyasətinə Almaniyada yaşayan azərbaycanlıların dəstəyini ifadə etmək, ATƏT-in sədri kimi Almaniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ədalətli mövqe tutmasını tələb etmək, Ermənistanın təcavüzkar siyasətinin bölgədə sülhə və təhlükəsizliyə təhdid olduğunu Amaniyanın rəsmi dairələrinin diqqətinə bir daha çatdırmaqdır. Federal kansler Angela Merkelin ofisi qarşısında keçirilən aksiyada 200-dən çox həmvətənimiz iştirak edib. Aksiyada "Dünya Azərbaycanlıları sizi dəstəkləyir cənab Prezident!", "Ermənistan əlini Qarabağdan çək!", "BMT-nin qətnamələri yerinə yetirilməlidir", "Təcavazkarlığa son!", "Metsamor region üçün təhlükədir!", "Xanım Merkel, biz Almaniyaya və ATƏT-ə inanırıq!" şüarları səsləndirilib. Aksiya iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını tələb edib. Aksiya iştirakçıları Almaniyanımünaqişənin həlli prosesində obyektiv mövqe tutmağa çağıraraq, Prezident İlham Əliyevin ölkənin ərazi bütövlüyünün bərpasına yönəlmiş siyasətinə dəstək ifadə ediblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
“Maksimum təzyiq siyasəti” uğursuz olunca “maksimum yalan siyasəti”nə keçirlər“
15.09.2019
Dövlət əxlaqı
15.09.2019
Bakının işğaldan azad edilməsi mühüm tarixi əhəmiyyətə malikdir
14.09.2019
Qeyri-leqal miqrasiya ABŞ-a ildə 300 milyard dollara başa gəlir
13.09.2019
Dağlıq Qarabağdakı qanunsuz “seçkilər“ xunta rejiminin düşdüyü çıxılmaz vəziyyətin göstəricisidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info