Həbibkimilər yenə də antiazərbaycan dairələrin əmrinə müntəzirdir
Tarix: 09.06.2016 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Daxildəki və xaricdəki satqınlar sifariş qəbul etdikləri antiazərbaycan dairələrin ölkəmizin beynəlxalq uğurlarından, ordumuzun cəbhədəki zəfərlərindən yaranan hiddətini, qısqanclığını “yaradıcılıqla” ifadə edirlər

Hər bir əlamətdar situasiyada olduğu kimi, radikal müxalifət yenə də Azərbaycan əleyhinə işləməkdə davam edir. Xüsusən də AXCP sədri Əli Kərimlinin qrupu daimi olaraq Azərbaycanda əlamətdar beynəlxalq tədbirlər, yarışlar və mədəniyyət hadisələri təşkil ediləndə, yaxud da hansısa mühüm siyasi situasiyalar zamanı belə antimilli aksiyalara əl atırlar. Azərbaycan ictimaiyyəti dəfələrlə radikalların bu cür əməllərinin şahidi olub.
Xəyanətin son nümunəsi isə Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı üzə çıxdı.
Öncə qeyd edək ki, Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri iki ölkə arasındakı müxtəlif sahələr üzrə daim güclənən qarşılıqlı-faydalı əlaqələrin geniş miqyasından xəbər verir. Prezident İlham Əliyevin Almaniya səfərində yüksək səviyyədə qarşılanması, Almaniya Kansleri Angela Merkel və digər mühüm şəxslərlə keçirdiyi ikitərəfli görüşlər, bu görüşlərdə müzakirə edilən bir sıra məsələlər ölkəmizin beynəlxalq müstəvidə getdikcə möhkəmlənən müsbət imicinin uğurlu nəticəsidir. Bütün bunlar isə təbii ki, antiazərbaycan dairələrə və onların öz əlaltılarına çevirdikləri bəzi “sapı özümüzdən olanlara” sərf etmir. Ona görə də Prezident İlham Əliyevin Almaniyanın federal Kansleri Angela Merkellə görüşü ərəfəsində bir qrup erməni separatçısı “DQR” bayraqları ilə kanslerin iqamətgahı qarşısında piket təşkil edib. Bunu bəlkə də normal qarşılamaq olardı, çünki Azərbaycan Prezidentinin bu səfərləri Dağlıq Qarabağın erməni istilasından azad olunması üçün aparılan “hücum diplomatiyası“ siyasətinin tərkib hissəsi kimi nəzərdən keçirilir. Əvvəlcədən də bildirilmişdi ki, danışıqlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq. Almaniya ATƏT-in fəaliyyətdə olan sədri olduğundan, üstəlik Almaniya federal parlamentinin bəlli qətnaməsindən sonra bu danışıqlar xüsusi əhəmiyyət daşıyırdı.
Amma ermənilərin təşkil etdiyi bu antiazərbaycan aksiyasında normal olmayan məqam - Avropada yaşayan bir qrup azərbaycanlı “siyasi mühacir”in Robert Minor kimi antiazərbaycan ünsürlərlə birgə ermənilərin piketində iştirak etməsidir. Məsələn, bu antiazərbaycan piketi ilə bağlı fotolardan görünür ki, Həbib Müntəzir və Elmir Mirzəyev kimi azərbaycanlı “hüquq müdafiəçiləri”nin qatıldığı piketdə “Dağlıq Qarabağ Respublikasının” bayrağı da qaldırılıb.
Beləliklə, qondarma “DQR”-in bayrağı altında erməni separatçıları ilə birgə yürüş edən Həbib Müntəzir kimi saxta “insan hüquqları müdafiəçilərinin” hansı dairələrə xidmət etdikləri bir daha özünü qabarıq göstərmiş olur.
Halbuki həmin vaxtda Almaniyada Azərbaycan diasporunun üzvləri və bir sıra mütərəqqi dairələr Azərbaycana dəstək mitinqi keçirmiş, günü-gündən inkişaf edən Almaniya-Azərbaycan əlaqələrini alqışlayıblar və buna dəstək olduqlarını ortaya qoyublar.
Bu, xaricdə yaşayan keçmiş vətəndaşlarımızdan kimin Vətənə, kimin başqa dairələrə bağlı olduğunu göstərən iki parlaq nümunədir. Başqa dairələrə bağlı olan, “Azərbaycan iqtidarı ilə mübarizə” adı altında erməni separatçılarla belə ittifaq gedən, onların sədlərində dayanan, “DQR”-in bayrağını qaldıranların ölkəmiz daxilində “milli şura” deyilən qurum və Əli Kərimlinin “Facebook” qrupu tərəfindən qızğın müdafiəsi isə ayrı bir mövzudur.
Xüsusən aprel ayının əvvəllərində milli ordumuz erməni işğalçılarına sarsıdıcı zərbələr endirərək bir sıra strateji əhəmiyyətə malik yüksəklikləri, yaşayış məntəqələrini geri aldıqdan sonra erməni diasporunun, antiazərbaycan dairələrin və onların ölkəmizdəki tərəfdarlarının Azərbaycana qarşı aqressivliyinin artması müşahidə olunur. Xatırladaq ki, həmin ərəfədə də Əli Kərimli kimi antiazərbaycan ünsürün bu barədə ölkəmizin hərbi aktivliyi əleyhinə qərəzli “tənqidləri” olmuşdu. O, sanki sifariş aldığı antiazərbaycan dairələrin Azərbaycan ordusunun cəbhədəki uğurlarından yaranan hiddətini, qısqanclığını “yaradıcılıqla” ifadə edirdi. İndi Prezidentin Almaniya səfəri ilə bağlı da radikallar həm ölkə daxilində, həm də xaricdə adekvat yanaşma göstərirlər... Təbii ki, Azərbaycanın beynəlxalq arenadakı uğurlarına, ordumuzun cəbhədəki zəfərlərinə qısqanclıq və hiddəti ifadə edən bu cür yanaşmalara varanlar istər xaricdə yaşayan çoxmilyonlu diasporumuzun, istərsə də Azərbaycan cəmiyyətinin nəzərində yalnız mənfi, qərəzli və milli maraqlarımız, təhlükəsizliyimiz üçün zərərli ünsürlər olaraq qalacaqlar. Onlar hər bu cür antiazərbaycan cəhdlərinə və xəyanətlərinə görə soydaşlarımız, vətəndaşlarımız tərəfindən hər yerdə boykot ediləcəklər. Çünki iç üzləri bu xalqa çoxdan bəllidir...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
“Fuada ən böyük zərbəni AXCP vurdu”
23.09.2019
Hüseyn Quliyev Özbəkistan XİN rəhbərinə xüsusi medalı təqdim edib
23.09.2019
ABŞ-dakı konsulumuz Paşinyanı belə qarşıladı – VİDEO
23.09.2019
Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir
22.09.2019
Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info