“Ermənistanın paket və ya mərhələli həll variantlarına yanaşması məntiqsizdir”
Tarix: 09.06.2016 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mərhələli və ya paket variantı üzrə yanaşması ziddiyyətlidir. Ermənistan belə hesab edir ki, məsələ paket variantında razılaşdırılmalı, sonra isə mərhələli həll variantında impilementasiya olunmalıdır.
Ermənistanın bu mövqeyində ən azı iki məntiqsizlik göz qabağındadır Ermənistan atəşkəs rejiminə əməl olunması, monitorinq mexanizmlərinin yerləşdirilməsi məsələlərində özünün tərəfdarı olduğu paket həll variantından imtina edir. Ermənistanın nöqteyi-nəzərincə indi monitorinq sistemləri yerləşdirilməlidir, qalan məsələlər isə paket variantında həll edilməlidir. Faktiki bu münaqişənin həllini Ermənistan tərəfindən ən azı iki mərhələyə bölünməsi anlamındadır. Əgər Ermənistan münaqişənin mərhələli həllinin tərəfdarıdırsa, qalan bütün proseslər də bu istiqamətdə getməlidir. Yox, əgər Ermənistan paket variantının tərəfdarıdırsa o zaman monitorinq mexanizmlərinin yerləşdirilməsi məsələsi də paket variantının içinə daxil edilməlidir. İmpelmentasiya isə mərhələli həll variantında getməlidir. Rəsmi İrəvanın Yenilənmiş Madrid Prinsiplərinə və yaxud özlərinin dedikləri 6 maddəyə, həmsədr ölkə prezidentlərin 5 bəyanatına münasibəti tam ziddiyyətlidir. 6 maddəlik prinsiplər və yaxud həmsədr ölkə prezidentlərin 5 bəyanatı, Yenilənmiş Madrid Prinsipləri və s. bunların hamısının əsas mahiyyəti mərhələli həll planı üzərində qurulub. Birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılır. İkinci mərhələdə Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa qayıtması şərti ilə Dağlıq Qarabağ ermənilərinə aralıq statusu verilir. Üçüncü mərhələdə Ermənistanla Dağlıq Qarabağ arasında koridor məsələsi müəyyənləşir. Dördüncü mərhələdə Dağlıq Qarabağın yekun statusunun müəyyən olunması, beşinci mərhələdə bütün məcburi köçkün və qaçqınların ilkin yaşayış məskənlərinə qayıtması, altıncı mərhələ isə sülhməramlı əməliyyatlar və ya sülhməramlıların yerləşdirilməsidir. Rusiya xarici işlər naziri S.Lavrov da etiraf etdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün bütün vacib komponentlər hazırdır. Mərhələli həll variantını aktuallaşdırdı. Rəsmi İrəvan bir tərəfdən prezidentlərin 5 bəyanatını və yaxud 6 maddəlik prinsipləri və yaxud Madrid Prinsiplərinin yenilənmiş variantını qəbul etdiyini bəyan edir, digər tərəfdən paket variantıni tələb kimi irəli sürür, Bu da məntiqsizdir. Ermənistana sərf edəndə gah paket, gah da mərhələli həll variantı yanaşması əslində oyunbazlıqdır. Əlbəttə, həmsədrlər yerlərində olsaydı, rəsmi İrəvan belə oyunbazlığa, subyektivizmə və məntiqsizliyə yol verə bilməzdi.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Qeyri-leqal miqrasiya ABŞ-a ildə 300 milyard dollara başa gəlir
13.09.2019
Dağlıq Qarabağdakı qanunsuz “seçkilər“ xunta rejiminin düşdüyü çıxılmaz vəziyyətin göstəricisidir
13.09.2019
“Terrorla mübarizəmiz qətiyyətli şəkildə davam edəcək“
13.09.2019
Əflatun Amaşov: Münaqişə zonalarında jurnalistlərin fəaliyyəti yüksək qiymətləndirilməlidir
13.09.2019
“İrana qarşı sanksiyalar davam etdiyi bir müddətdə ABŞ-la danışıqların mənası yoxdur“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info