Baş toksikoloq valideynləri diqqətli olmağa çağırır
Tarix: 09.06.2016 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Səhiyyə Nazirliyinin baş toksikoloqu, Azərbaycan Tibb Universitetinin (ATU) xarici tələbələrlə iş üzrə dekanı İsmayıl Əfəndiyev bu günlərdə Sankt-Peterburq şəhərində keçirilən “Müasir toksikoloji narkologiya” adlı elmi-praktiki konfransda iştirak edib.
Narkotikdən zəhərlənmə bütün dünya üçün aktual bir problemdir. Belə ki, Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, təkcə opiat tərkibli narkotiklərdən hər il 70 min insan dünyasını dəyişir, 15 milyon insan isə hazırda narkotik asılılığından müalicə alır. “Konfransda Azərbaycanda bu sahədə mövcud vəziyyətlə bağlı məruzə etdik və digər ölkələrlə müqayisə apardıq. Hazırda Rusiyada “metadon” və “buterad” kimi narkotiklərlə zəhərlənmə əsas problemdir. Hələlik Azərbaycan üçün belə bir problem yoxdur. Avropa ölkələri üçün isə sintetik narkotiklərdən zəhərlənmə böyük bir problemdir”, - deyə İsmayıl Əfəndiyev bildirib. Onun sözlərinə görə, tərkibində narkotik maddələr olan 400-ə yaxın kimyəvi məhsul aşkarlanıb. Ən təhlükəli olanı sintetik kanaviz, yəni nəşəyə bənzər maddələrdir ki, bunlara da “kationlar” deyilir. Buna hazır olmaq lazımdır. Çünki bu, Avropa və Qərb ölkələrində çox yayılıb. İnternetdə həmin maddələr satılır, poçt vasitəsilə qeyri-leqal şəkildə ölkələrə çatdırılır. Baş toksikoloq deyib: “Azərbaycanda əsasən ənənəvi narkotiklərlə zəhərlənmə hallarına rast gəlinir. Bunlar, ilk növbədə xaşxaşdan alınan tiryək və sintetik kimyəvi yolla ondan alınan heroin kimi narkotiklərdən zəhərlənmələrdir. Bu halda zəhərlənmə çox ağır keçir, asılılıq da tez yaranır. Hətta heroindən 1-2 dəfə istifadə etdikdən sonra artıq insanda həm fiziki, həm də psixoloji asılılıq yaranır ki, bundan da insan özü qurtula bilməz. Getdikcə doza çoxalır və bədənin narkotikə tələbatı artır. Axırda o həddə çatır ki, həmin şəxsdə kəskin zəhərlənmə olur”. İsmayıl Əfəndiyev xəstələr arasında məktəblilərə də rast gəlindiyini təəssüflə qeyd edib: “Bu məsələlərdə, ilk növbədə valideynlər diqqətli olmalıdırlar. Əgər uşaq özünü qeyri-adekvat aparırsa, yuxuludursa, göz bəbəkləri daralıbsa, sual verdikdə çox ləng cavab verirsə, nəfəsində dəyişiklik varsa, o halda təcili şəkildə həkimə müraciət etmək lazımdır”. Həkim bildirib ki, xroniki narkomanlar üçün hazırda dövlət tərəfindən metadon proqramı həyata keçirilir. Onlar rəsmi qeydiyyata düşürlər və hər gün pulsuz metadon maddəsi qəbul edirlər. Bu, müalicə növü sayılmır, sadəcə, vurulan ziyanın azalmasını təmin edir. İsmayıl Əfəndiyev əlavə edib ki, bu proqram üzrə ölkəmizdə yüzlərlə insan qeydiyyatdadır.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Əsəbdən yaranan 7 xəstəlik - Stresin yıxdığı ev
18.10.2019
DST: Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub
17.10.2019
Mərkəzi Gömrük Hospitalında növbəti unikal əməliyyat icra olunub
17.10.2019
Ədviyyatların müalicəvi xüsusiyyətləri
16.10.2019
Çox və dayanmadan əsnəyirsiz?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info