Əlcəzairdə “Facebook”dan asılı insanların müalicəsi üçün klinika açılıb
Tarix: 09.06.2016 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Afrikada ilk dəfə Əlcəzairdə açılan özəl klinikada “Facebook”dan asılı xəstələrə sağalmaq təklif olunur. Bu tibb ocağı dünyada üçüncüdür.
Belə klinikalar Çində və Cənubi Koreyada artıq fəaliyyət göstərir. “Nigeriatoday.ng” saytı xəbər verir ki, klinikada əvvəllər siqaret, narkotik və alkoqol asılılığı olan xəstələri müalicə edən mütəxəssislər çalışırlar. Klinikanın rəhbəri Rauf Boqofa izah edir ki, “Facebook”dan və digər sosial şəbəkələrdən asılılıq narkomaniya ilə müqayisədə daha ağır nəticələrə gətirib çıxara bilər. İnsanları müalicə etmək üçün həkimlər şəbəkə istifadəçilərinə virtual dünyada deyil, real dünyada yaşamağa yardım edəcək xüsusi proqram hazırlayıblar. Yeri gəlmişkən, sosial şəbəkələrdən tam imtina, yəqin ki, alınmayacaq. Bu yaxınlarda Cons Hopkins Universitetinin alimləri həkimlərlə ünsiyyətdə olan pasiyentlər barədə məlumat toplayıblar. Məlum olub ki, rəyi soruşulan pasiyentlərin yarıdan çoxu tibb işçiləri ilə ünsiyyət zamanı sosial şəbəkə və ya elektron poçtdan istifadə edib. Bir çox həkimlər bu üsulu faydasız hesab edirlər.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Yerli uçan avtomobil Cezerinin təqdimatı keçirilib
17.09.2019
Moskva sakini lotereyada 286 milyon rubl udub
15.09.2019
Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşanıb?
15.09.2019
MKİ SSRİ-ni izləmək üçün heyvanlardan da istifadə edib
15.09.2019
Qaçaqmalçılardan 800 yaşlı kitab aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info