Tramp və Klinton ABŞ-da sonuncu praymerizdən qalib çıxıblar
Tarix: 09.06.2016 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


ABŞ-da prezident seçkilərinə namizədlər Hillari Klinton və Donald Tramp sonuncu ilkin seçkilərdə (praymeriz) qalib gəliblər.
ABŞ-da sonucu “super çərşənbə axşamı” baş tutub və səsvermə eyni anda ABŞ-ın bir neçə ştatında keçirilib. Respublikaçılar partiyasının namizədi olan Donald Tramp bütün ştatlarda qalib gəlib. Hillari Klinton isə rəqibi Berni Sandersi qabaqlayaraq səsvermədən qalib çıxıb. Kaliforniya ştatında keçirilən ilkin seçkilərdə D.Tramp 77,7 faiz, H.Klinton isə 63,5 faiz səs toplayıb. Demokratların digər namizədi B. Sanders yalnız Şimali Dakotada 64,2 faiz səs toplayaraq rəqibini üstələyib. Respublikaçılar həmin ştatda seçki keçirməyiblər. Cənubi Dakotada isə tərəfdarların 2/3-i Trampı dəstəkləyib. Demokratlarda isə Klintonun çox az üstünlüyü ilə səsləri demək olar ki, yarı bölünüb. Nyu-Cersi ştatında Klinton 63,3 faiz, Tramp 80 faiz tərəfdar dəstəyi alıb. Nyu-Meksikoda Tramp 72,8, Klinton 52,8 faiz səs toplayıb. Burada da Sanders Klintondan çox az səs faizi ilə geri qalıb. Montanada Tramp 73,1 faiz, Klinton 48,4 faiz, Sanders isə 46,9 faiz səs toplayıblar. Səslərin tam hesablanmasından sonra Berni Sandersin öz məğlubiyyətini etiraf edəcəyi gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
XİN-in həbsdə olan iki əməkdaşı məhkəməyə müraciət edib
25.09.2020
Evində qətlə yetirilən Tahir Tağıyev polis polkovniki imiş
25.09.2020
Bakıda nənəsi və bibisini öldürən şəxs saxlanıldı
24.09.2020
Hərbi hissəyə basqın edib əsgəri öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib
24.09.2020
Zaqatalada iribuynuzlu mal-qara güllələnib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
4 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
5 Opera səhnəmizin “Nigar”ı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info