“İranla münasibətlərin inkişafından qazanan tərəf Ermənistandır”
Tarix: 09.06.2016 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


“Bəzən İranın elə addımları olur ki, ona münasibət bildirməli oluruq”. “Azadinform” xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu dünən keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin İranla bağlı siyasəti heç zaman tənqid edilməyib: "Azərbaycanın İranla bağlı siyasəti ancaq xeyirxahlığa yönəlib. Azərbaycan Prezidenti xaricdə olarkən İrana tətbiq edilən sanksiyaların aradan qaldırılması məsələsini qaldırıb. Azərbaycan İrana tətbiq edilən sanksiyaların işləmədiyi dövlətdir. Həmişə Azərbaycan Prezidenti İrana doğru yaxşı addımlar atıb. Azərbaycan Prezidentinə İsrailə səfərlə bağlı dəvətlər edilib. Lakin bu zaman Azərbaycan İranla münasibətləri nəzərə alıb. Azərbaycan Astara dəmiryolu körpüsünün İran tərəfini maliyyələşdirir. İranla bağlı nə məsələ olsa, biz öndə olmuşuq. İranda zəlzələ olanda Azərbaycan yardım edib".
Politoloq qeyd edib ki, Heydər Əliyev dünya şiələri içərisində ən yüksək vəzifəyə çatmışdı. M.Əhmədoğlu İrana müraciətlə deyib: “İndi sən öz ölkəndə Heydər Əliyev kimi bir lider göstər mənə. Bir adam deyə bilməz ki, Azərbaycan İrana qarşı addım atıb. 2 gün bundan əvvəl İranın XİN rəhbəri Ermənistan XİN rəhbəri ilə viza rejiminin aradan qaldırılması ilə bağlı memorandum imzaladı. Ermənistan hökuməti memorandumu təsdiq edən kimi viza rejimi aradan qalxacaq. Burada əsas 2 məqsəd var: İqtisadi münasibətləri situmullaşdırmaq və turizm əlaqələrini inkişaf etdirmək. Burada İran donor qismində olacaq, Ermənistan pul qazanan olacaq. İranı buna nə vadar edir? Ermənistanda İran turistlərinin başına oyun açıblar".
Politoloq deyib: “İran deyir ki, yəhudilər Fələstini işğal edibsə, işğalçıdır. Amma İran Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini bu cür qiymətləndirmir. Ermənistan şiələri İŞİD-lə bir tutur. İran bunun əvəzində nə edir, Ermənistanı mükafatlandırır. İranın prezidenti deyir ki, yaxın zamanlarda Ermənistana gedəcəyəm. Nədir, orucluğa hazırlıqdır bu?”.
Politoloq vurğuladı ki, İran Fars körfəzi ilə Qara dənizin Ermənistan üzərindən birləşdirilməsi üçün əlindən gələni edəcəyini bildirir: “Tehran elan etmişdi ki, Naxçıvandan çıxan qatar Tehrana, oradan da Məşhədə gedəcək. Bəs nə oldu? Ermənilər İranın dini siyasətinə belə, təsir edə bilir. Azərbaycan Prezidenti dünyanın aparıcı liderlərindən biridir. İran özü gördü ki, bizim gücümüz nəyə çatır. 4 günlük müharibə zamanı İran rəsmiləri, prezidenti din xadimləri Azərbaycana çağırış etdi ki, müharibə dayandırılsın. Erməninin uduzmağına ermənidən çox İran reaksiya verdi. Niyə Azərbaycan Prezidenti İsrailə səfər etməsin? Niyə Azərbaycanın İsraildə səfirliyi olmasın? Amma İranın Ermənistanda, Ermənistanın da İranda səfirliyi var. İranın zəifləməsini arzulayan dövlətlər çoxdur”. M.Əhmədoğlu əlavə edib ki, İran-Azərbaycan-Rusiya əməkdaşlığının müəllifi Azərbaycan Prezidentidir: “Azərbaycan 3 dövlətin əməkdaşlığını təklif etdi ki, neqativ ssenarilərə yer qalmasın. İran sübut etsin ki, onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ABŞ-ın mövqeyindən fərqlənir. İran Azərbaycanla münasibətlərinə ciddi baxış keçirməlidir”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info