Metsamor AES-lə bağlı dünya ictimaiyyətinə müraciət
Tarix: 09.06.2016 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələri Ermənistanda yerləşən Metsamor AES-in fəaliyyəti ilə bağlı BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə müraciət edib.
Müraciətdə qeyd edilir ki, bir sıra beynəlxalq təşkilatların hesabatlarında, habelə tanınmış ekspertlərin rəylərində Ermənistan ərazisində yerləşən Metsamor AES-in hazırkı durumu ilə fəaliyyətinin regionlarda qlobal fəlakətlərə səbəb olacağına dair ciddi narahatlıq ifadə olunsa da Ermənistan hökuməti 1979-cu ildə istismara verilmiş, İrəvan şəhərindən təxminən 40 kilometr qərbdəki Metsamor yaşayış məntəqəsində yerləşən stansiyanın fəaliyyətinin dayandırılması barədə çağırışlara, AES-in müasir standartlara cavab verməməsi ilə əlaqədar beynəlxalq səviyyədə çalınan həyəcan təbilinə məhəl qoymur. 1988-ci il dekabrın 7-də baş vermiş və 25 min insanın ölümü ilə nəticələnmiş Spitak zəlzələsinin episentri Metsamor stansiyasından 75 kilometr məsafədə yerləşib. Zəlzələdən sonra böyük zərər görən stansiya bağlanıb, lakin Ermənistanın enerji ehtiyacının 40 faizini qarşıladığına görə ətraf ərazilərdə 5 tektonik çatın mövcudluğu qulaqardına vurularaq 1995-ci ildən etibarən yenidən işə salınıb. 2004-cü ilin fevralında Avropa Parlamenti tərəfindən yayılan Cənubi Qafqaz məruzəsində stansiyanın bağlanmasının vacibliyi açıq şəkildə bildirilib. 2006-cı ildə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti tərəfindən təqdim edilən qətnamədə Cənubi Qafqazın əksər hissəsində həyatı məhv etmək gücündə olan Metsamor AES-in 11 ballıq zəlzələ riski olan ərazidə yerləşməsi və qəza baş verəcəyi təqdirdə Azərbaycan hökumətinin təxliyə üçün 24 saatdan az vaxtının qalacağı qeyd edilib. Gürcüstan sərhədindən 120 kilometr, İran sərhədindən 60 kilometr, Türkiyə sərhədindən isə cəmi 16 kilometr uzaqlıqda yerləşən Metsamor AES-də baş verə biləcək fəlakətin bütün region dövlətləri üçün hansı dəhşətli nəticələrə gətirib çıxaracağını təsəvvür etmək çətin deyil. Narahatlıq doğuran əsas məsələlərdən biri də bundan ibarətdir ki, Metsamor AES-in nüvə tullantılarının Azərbaycan ərazisindən keçən çaylara axıdıldığına, habelə işğal olunmuş Azərbaycan ərazilərində basdırıldığına dair tutarlı faktlar var. Bundan başqa, son illərdə bir sıra kütləvi informasiya vasitələrində Ermənistan tərəfindən nüvə və radioaktiv materiallarının gizli satışının təşkil edildiyinə dair məlumatlar dərc olunub. Bu isə öz növbəsində, nəinki Ermənistan, eləcə də bütövlükdə region dövlətləri, o cümlədən BMT Baş Məclisi tərəfindən 2005-ci il aprelin 13-də qəbul olunmuş “Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyanın tələblərinin kobud şəkildə pozulmasıdır: “Biz - dünya azərbaycanlıları bütün beynəlxalq təşkilatlara, xüsusilə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə və Avropa İttifaqına müraciət edərək dünyada sülhün və təhlükəsizliyin təmin olunması, bu məqsədlə də Ermənistan ərazisində yerləşən Metsamor AES-in fəaliyyətinin dayandırılması istiqamətində təcili tədbirlərin görülməsinə çağırırıq”.




 
Bölməyə aid digər xəbərlər
30.09.2020
Rusiya XİN: Moskva Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşünü keçirməyə hazırdır
30.09.2020
Düşmənə məxsus 8 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib
30.09.2020
ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri: Dağlıq Qarabağ üçün Cənubi Tirol modeli həll yolu kimi istifadə oluna bilər
30.09.2020
Anar Eyvazov: Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edir
30.09.2020
Düşmənin bu gün saat 17:30-dək məhv edilən döyüş texnikası

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
2 Xalqımızın halal haqqı
3 “Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
4 “Qara dul qadın” filminin premyerası təxirə salınıb
5 MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info