“İçərişəhər Formula 1-in gözü ilə” və “Meydan Bazarı” adlı tədbirlər keçiriləcək
Tarix: 09.06.2016 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 17-19 iyun tarixlərində paytaxtımızda keçiriləcək Formula 1 Avropa Qran Pri yarışları ərəfəsində İçərişəhərdə “İçərişəhər Formula 1-in gözü ilə” və “Meydan Bazarı” adlı elmi-kütləvi tədbirlər keçiriləcək. Tədbir İçərişəhərdə, Qoşa Qala qapısı qarşısındakı meydanda, iyun ayının 11, 12, 18, 19, 25, 26-sı tarixlərində təşkil olunacaq.
Yaxın günlərdə ölkəmizdə keçiriləcək möhtəşəm idman bayramı ilə əlaqədar növbəti dəfə bütün dünyanın diqqəti Azərbaycanın paytaxtı Bakı şəhərində olacaq, dünyanın hər yerindən sürət həvəskarları, eləcə də idmansevərlər ölkəmizin qonağı olacaqlar. Bununla belə, sözügedən tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan mədəniyyəti və incəsənətinin, o cümlədən İçərişəhərin dünyada təbliğinə töhfə verməkdən ibarətdir. 
“Meydan Bazarında” ölkəmizdə mövcud olan çoxsaylı sənət sahələrinə aid milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərlərinin, “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzində hazırlanan zərgərlik, batika, keramika və taxtaoyma sənəti nümunələrinin, eləcə də zəngin milli mətbəxin sərgi-satışı təşkil olunacaq.
Rəngarəng konsert proqramında mahir ifaçıların çıxışında musiqi əsərləri, müasir estrada və caz musiqisi səsləndiriləcək, Dövlət Nəfəs Alətləri Orkestri, estrada və vokal orkestrləri, xalq rəqsləri qrupları iştirak edəcək.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi paytaxt sakinlərini və şəhərimizin qonaqlarını tədbirlərdə iştirak etməyə dəvət edir!
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Koronavirusla mübarizə aparan tibb işçiləri və könüllülərə iyul üzrə 359 min manat ödənilib
24.09.2020
“Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
24.09.2020
Xalqımızın halal haqqı
23.09.2020
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq?
23.09.2020
Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info