Yeni neft yığım parkı tikilir
Tarix: 09.06.2016 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


"Azneft" İstehsalat Birliyinin "Abşeronneft" NQÇİ-yə məxsus köhnə neft yığım parkı yenisi ilə əvəz olunacaq. SOCAR-ın saytında yer alan məlumata görə, bu məqsədlə adanın şimal-şərq hissəsində 6,4 hektar torpaq sahəsi ayrılıb, parkın tikinti işlərinə başlanılıb."Neftqaztikinti" Tresti tərəfindən tikilən yeni neft yığım parkı texnoloji cəhətdən, ekoloji baxımdan müasirliyi və yüksək standartlara cavab verməsi ilə fərqlənəcək. Parkda 24 ədəd neft çəni quraşdırılacaq, ikimərtəbəli inzibati bina, keçid məntəqəsi, operator və alətlər otağı, yanğın əleyhinə nasosxana binası, ayrılıqda neft və lay suyu üçün nasosxana, yeraltı drenaj bloku, 4 ədəd qaz-su-qum separatoru, hava hazırlayıcı blok, 2 ədəd soba, 6/0.4 kV-luq yarımstansiya binası inşa ediləcək. 24 çəndən 3-ü 3000, 6-sı 2000, 4-ü 1000, 5-i 700, 4-ü 400, 2-si isə 100 kubmetr maye tutumuna malik olacaq.
Yeni parkda əl əməyinin yüngülləşdirilməsi məqsədilə iş prosesi, demək olar, tam avtomatlaşdırılacaq. Əməyin mühafizəsi və texniki təhküləsizlik qaydaları müasir standartlar səviyyəsində olacaq, neftçilər üçün optimal iş şəraiti yaradılacaq, ərazi abadlaşdırılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfədən çox artıb
21.09.2019
Səkkiz ayda Azərbaycana gələn əcnəbilərin 41,3 faizi hava nəqliyyatından istifadə edib
21.09.2019
Azərbaycan Prezidenti: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info