Mini-futbol çempionatına yekun vurulub
Tarix: 09.06.2016 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə və 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş mini-futbol çempionatı başa çatıb.
Mayın 7-də start verilmiş turnirdə İqtisadiyyat Nazirliyinin qurumlarının 14 komandası iştirak edirdi.
İyunun 4-də keçirilən final görüşündə “Təmiz Şəhər” ASC və “Azərlotereya” ASC-nin komandaları qarşılaşıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda “Azərlotereya” ASC-nin komandası 2-1 hesabı ilə qələbə qazanaraq çempionatın qalibi olub.
Qalibləri təbrik edən İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri, Naziriliyin Aparat rəhbərinin müavini Ayaz Əliyev İqtisadiyyat Nazirliyində Ulu Öndərin 93-cü ildönümü münasibəti ilə bir sıra tədbirlərin keçirildiyini, bu idman tədbirinin də Ümummilli Liderin əziz xatirəsinə həsr olunduğunu vurğulayıb, yarışın Nazirik əməkdaşlarının asudə vaxtlarının səmərəli keçirilməsində, sağlam həyat tərzinin və idmanın kütləviliyinin təbliğində əhəmiyyətini diqqətə çatdırıb.
Sonra çempionatda ilk dörd yeri tutan komandalara, eləcə də fərqlənən idmançılara və komandalara fəxri fərman və mükafatlar, çempionatın qalibinə isə turnirin kuboku təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar
20.10.2019
Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar
19.10.2019
“Barselona” səfərdə “Eybar”ı 3:0 hesabı ilə məğlub edib
19.10.2019
“Çelsi”, “Lester” və “Mançester Siti” qalib gəlib
19.10.2019
“Barcelona“da Neymarın qayıtmasını istəməyən insanlar var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info