İrəvanda dağıdılan məscidlərlə bağlı UNESCO -ya və İƏT-ə müraciət edildi
Tarix: 09.06.2016 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


“İrəvan – 2018” Hərəkatı əzəli və əbədi Türk yurdu olan İrəvan torpaqlarında mövcud olan və erməni vandalları tərəfindən dağıdılan məscidlərlə bağlı UNESCO-ya və İslam Əməkdaşlıq Təşkilatına müraciət edib. Bu barədə “Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu” İB-nin sədri, “İrəvan - 2018” Hərəkatının təsisçisi Zaur Qəriboğlu məlumat verib. Z.Qəriboğlu bildirib ki, qədim Türk torpağı olan İrəvanda mövcud olan məscidlər və eyni zamanda digər maddi-mənəvi abidələr ermənilər tərəfindən dağıdılıb və həmin maddi-mənəvi abidələr yer üzündən silinib: “Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan, əzəli və əbədi Türk yurdu İrəvan xanlığının ərazisi xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən qədim abidələr, mağaralar, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələrlə zəngin olub. Keçmiş İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayıldığı üçün həmin ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud idi və İrəvan xanlığının, o cümlədən də İrəvan şəhərinin ərazisində var olan məscidlərin hər biri öz arxitekturasına görə dəyərli memarlıq nümunəsi kimi dünya mədəniyyətinin inciləri olaraq, tarixə düşüb. Azərbaycan kərpic memarlığının nadir nümunələrindən bir neçəsi məhz İrəvan şəhərində yaradılıb. Tarix kitablarını vərəqləsək, görəcəyimiz tarixi faktlardan aydın olacaq ki, Azərbaycanın ayrılmaz hissəsi olan Qərbi Azərbaycan hazırda "Ermənistan" adlanan torpağın aborigen əhalisi məhz Azərbaycan türkləri olub.1828-ci ildə Türkmənçay müqaviləsindən sonra bölgəyə İran və Türkiyədən gələn ermənilər bu əraziyə yerləşdirildilər. Ermənilər isə möhkəmlənəndən sonra bu əraziləri erməni torpağı elan edib, yaşayış məntəqələrinin türk adlarını dəyişdirib, onlara erməni adları veriblər. Bu gün düzdür, İrəvanın qədim tarixinə dair əldə olan məlumatlar olduqca azdır. Bunun səbəbi İrəvanın 4 iyun 1679-cu il zəlzələsində dağılmasıdır. İrəvanın dövrümüzədək gəlib çatan memarlıq və təsviri incəsənət nümunələri haqqında məlumatların çoxu zəlzələdən sonrakı illərə aiddir. Kərpic və daşla xüsusi zövqlə inşa edilən məscidlər, karvansaralar öz orijinallığı və üslub zənginliyi ilə daim görənlərin könlünü oxşayıb. Bu haqda əraziyə səfər edən səyyahlar, alimlər öz əsərlərində də dəfələrlə yazıblar.  Lakin bu abidələr zamanla ermənilər tərfindən dağıdılıb, formasiyası dəyişdirilib və yer üzündən silinib.Dağıdılan, yerlə - yeksan edilən, eyni zamanda formasiyası dəyişdirilən (Göy məscid, Əmir Səəd məqbərəsi) abidələrlərlə əlaqədar müvafiq qurumlara müraciət edən Hərəkat erməni vandallarının dağıtdığı maddi-mədəni abidələri ilə bağlı müvafiq tədbirlərin görülməsini həmin qurumlardan xahiş edib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Naxçıvan Ali Məclisinin Sədri yanında KİVDF yaradılıb - FƏRMAN
19.09.2019
Daxili İşlər naziri gənc zabitləri təbrik edib
19.09.2019
Fuad Qəhrəmanlının həyat yoldaşı boşanma ilə bağlı məhkəməyə müraciət edib
19.09.2019
Ramil Usubovdan Təhlükəsizlik Şurasında ilk dəyişiklik - Yeni təyinat
19.09.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəki və Zaqatalada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info