Qadın problemlərinin həllinə xüsusi diqqət göstərilir
Tarix: 06.03.2013 | Saat: 22:27:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində 8 mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub. Rektor, akademik İsa Həbibbəyli universitetin qadın əməkdaşlarını təbrik edərək ali məktəb tarixində onların əvəzolunmaz yerindən və rolundan danışıb.
Qeyd olunub ki, Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlayıb. Tarix boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazıb. Fərəhləndirici haldır ki, gənc xanım və qızlarımız bu nailiyyətlərin layiqli davamçıları kimi nəsillərin varisliyini təmin edirlər. XX əsrdən etibarən Azərbaycan cəmiyyətində qadının ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə rolu artmağa başlayıb və bütün bunlar ölkədə demokratik dövlət quruculuğunun, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və prezident İlham Əliyev tərəfindən davam etdirilən böyük və uğurlu siyasətin əməli nəticəsidir.
Jurnalistika və dünya ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xumar Məmmədova məruzəsində Sara xatun, Xurşidbanu Natəvan, Züleyxa Seyidməmmədova, Qəmər Salamzadə, Qəmər Almaszadə, Leyla Məmmədbəyova, Sona Nuriyeva, Zərifə Əliyeva kimi xalqımızın tarixində silinməz izlər qoymuş görkəmli qadın şəxsiyyətləri haqqında danışıb. Qeyd olunub ki, ölkədə qadın problemlərinin həllinə daima dövlət qayğısı göstərilir və sevindirici haldır ki, bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsində qadınlarımız dünya səviyyəsində də öz sözünü deyə bilirlər.
Bu əlamətdar gündə bir qrup tələbə xanıma Yeni Azərbaycan Partiyasına üzvülük vəsiqələri təqdim edilib. Bayram tədbiri İncəsənət fakültəsinin təqdim etdiyi geniş konsert proqramı ilə sona çatıb.
Mina Qasımova




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Vilayət Eyvazovdan əmr: Yol polisində mühüm dəyişiklik
18.10.2019
Qazaxda “N” saylı hərbi hissədə tədbir keçirilib
18.10.2019
“Vətənin müdafiəsinə hazıram!” devizi altında növbəti tədbir Salyanda keçirilib
18.10.2019
Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək
18.10.2019
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info