Stress və gərginlik xərçəngə səbəb olur
Tarix: 07.03.2013 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


Qadınların ən çox qorxduqları döş xərçəngində xəstəliyi qabaqcadan müəyyən etmək çox vacibdir. Doktor Orxan Demircan “Zaman” qəzetinə bildirib ki, döş xərçəngindən qorunmaq üçün qadınların gözüaçıq olmaları vacibdir. Belə ki, 30 yaşdan əvvəl doğuş həyata keçirən qadınlarda xərçəng riski azalır. Doğuş 30 yaşdan sonra olarsa və ya olmazsa, xərçəng riski artır. Buna görə də, hər bir qadın 30 yaşından əvvəl doğuşa girməli və yeni doğulan körpəsinə ana südü verməlidir. Çünki qadın körpəsinə nə qədər çox süd verərsə, döş xərçəngi riski də bir o qədər azalar.
Demircan qeyd edib ki, karyera quran qadınlarda döş xərçəngi riski daha böyükdür. Çünki iş və karyera səbəbindən gec ailə quran qadınlar daha gec uşaq sahibi olurlar. Bundan başqa, işdəki stress və gərginlik də xərçəngə səbəb ola bilər.
Karyera quran qadınların sayına görə öndə gedən İnkişaf Etmiş Ölkələrdə (İEÖ) hər 8 qadından birində döş xərçəngi riski var. İnkişaf Etməkdə Olan Ölkələrdə (İEOÖ) isə hər 12 qadından birində bu riskə təsadüf olunur.
N.ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
19.01.2020
Yaddaşı gücləndirmək üçün bunları yeyin!
18.01.2020
Ən təhlükəli qan qrupu
17.01.2020
Yuxusuzluq şəkər və xərçəng xəstəliyi yaradır
17.01.2020
Yeməkdən dərhal sonra çay içirsinizsə, bu xəstəliyə yoluxa bilərsiniz
17.01.2020
Koronavirusun Azərbaycanda yayılma ehtimalı varmı?

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Ermənilərin “Arsax” yalanı
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info