Parisdə Azərbaycandan bəhs edən fotosərgi
Tarix: 07.03.2013 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Londonda fəaliyyət göstərən Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Parisdə Azərbaycandan bəhs edən fotosərgi açılıb.
Cəmiyyətin Paris ofisinin rəhbəri Eliza Pieter şəhərdə ilk dəfə təşkil olunan bu sərginin keçən ilin noyabrında Londonda nümayiş etdirildiyini, qurumun təşəbbüsü ilə 2012-ci ildə peşəkar və həvəskar fotoqrafların əsərlərinin müsabiqəsinin keçirildiyini diqqətə çatdırmış, müsabiqəyə 700-dən artıq fotonun təqdim edildiyini və münsiflər heyətinin köməyi ilə onların arasından 100 fotonun seçildiyini, müsabiqə qalibləri ilə bərabər finala vəsiqə qazanan fotoqrafların əsərlərinin sərgidə nümayiş etdirildiyini bildirib. Artıq Azərbaycanın mədəni müxtəlifliyi, zəngin mədəni irsi, arxitekturası və əhalisi ilə tanındığını vurğulayan E.Pieter sərgidə nümayiş etdirilən fotoların iştirakçıların ölkəmiz barədə ətraflı məlumat əldə etmələrində mühüm rol oynayacağını bildirib. Müsabiqə qaliblərindən Asim Talıb sərgidə nümayiş etdirilən fotolarını 1985-ci ildə Kəlbəcərə səfər edərkən çəkdiyini bildirib. Sərgidə 70 fotoqarafın 100 əsəri nümayiş etdirilir.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Vyetnamın məşhur caz qrupu Bakı Caz Festivalında çıxış edəcək
19.10.2019
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
19.10.2019
“Maşın“ı türkiyəli apardı
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info