Ürəyimizi necə qoruyaq?
Tarix: 11.03.2013 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Müasir həyatımız gərgin iş rejimi, şəhərdəki sıxlıq, hava natəmizliyi şəraitində keçdiyindən ürək sağlamlığımız getdikcə daha ciddi məsələyə çevrilib. Belə ki, normal qidalanmamaq, stress, çirkli hava, siqaret və s. səbəbindən ürək-damar xəstəlikləri getdikcə daha çox rast gəlinən xəstəliklərdəndir. Bu xəstəliyin qarşısının alınması isə bir qədər də öz əlimizdədir. Bunun üçün:
İdmanla məşğul olun: Aerobika ilə yanaşı, yüngül atletika da qan dövranını yaxşılaşdırır, şəkərdən qoruyur, infarkt riskini azaldır. Müxtəlif idman hərəkətləri nəticəsində insan özünü daha gümrah hiss edir, yuxu nizamlanır, normal çəkidə qalmağa kömək edir. Həftədə orta hesabla 2,5 – 5 saat müəyyən templə gəzinti, velosiped sürmə, üzgüçülük və s. kimi idman növləri ürək xəstəlikləri riskini azaldır.
Normal qidalanın: Sağlam ürək üçün qida rasionunda tərəvəz, meyvə, taxıl məhsullarına üstünlük verilməlidir.
Təzyiqinizi nəzarətdə saxlayın: Sağlam insan ildə, heç olmasa, bir dəfə təzyiqini ölçdürməlidir. Çünki yüksək təzyiq hazırda daha geniş yayılmış və gizli şəkildə irəliləyən xəstəlikdir.
Stressdən uzaq durun: Stress bədəndə adrenalini artıraraq xroniki olaraq ürək ritmini və təzyiqini artırır. Mümkün qədər stressdən uzaq durun.
Gün ərzində 6-8 saat yatın: Normal yuxu təzyiqi tənzimləyir. Yuxusu müntəzəm olan insanlarda infarkt və ürək çatışmazlığı riski daha az olur. Hər gün eyni saatda yatıb, eyni saatda qalxın. Gecə xoruldama və ya tənəffüs çətinlikləri ilə rastlaşırsınızsa, mütləq həkimə müraciət edin. Yatmazdan əvvəl yağlı və ağır yeməklər yeməyin, çay, qəhvə və qazlı su qəbul etməyin.
Siqaretdən uzaq durun: Siqaret ürək-damar xəstəliklərinə səbəb olan başlıca amillərdəndir. Bunun üçün siqaretdən tez bir zamanda imtina etməyiniz sağlamlığınız üçün əhəmiyyətlidir.
Duzlu yeməklər yeməyin: gün ərzində istehlak edilən duzun miqdarı ən çox 5 qram (1,5 çay qaşığı) olmalıdır.
Tətilə çıxın: Müntəzəm olaraq tətilə çıxanlarda ürək xəstəliklərinə daha az təsadüf olunur.

N.ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
14.07.2019
Neçə saat yatmalıyıq?
13.07.2019
Hər gün 60 qram qoz-fındıq 2-ci tip diabetə müsbət təsir göstərir
12.07.2019
Xərçəng riskini artıran içkilər
11.07.2019
Dəfnə yarpağının bu xüsusiyyətləri də var imiş
10.07.2019
Meyvə şirələri içmək həmişə vacibdirmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info