Rəsulzadə Bələdiyyəsi şəhid ailəsini ziyarət etdi
Tarix: 14.07.2016 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


Azərbaycanın igid oğullarından biri Sahib Hüseynovun anadan olmasının 45, şəhidliyinin 22 illiyi ilə əlaqədar 14 iyul 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, M.Ə.Rəsulzadə Bələdiyyəsinin bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları şəhidin ailəsini ziyarət etdilər. Şəhidin xatirəsini yad edərək, Sahib Hüseynovun timsalında Azərbaycan ordusunun döyüşlərdə göstərdiyi sücaəti, qəhrəmanlığı fəxarət hissi ilə vurğuladılar.
Şəhidin yaxınları bildirdilər ki, M.Ə.Rəsulzadə qəsəbəsinin sakini, şəhid Sahib Hüseynovun bu gün həm doğum, həm də anım günüdür. Sahib Allahverdi oğlu Hüseynov 1971-ci ildə iyulun 14-də anadan olub. Binəqədi rayonunda 115 saylı tam orta məktəbini bitirdikdən sonra Polşada hərbi xidmətdə olub. Əsgərlikdən döndükdən sonra ermənilərin azərbaycanlılara qarşı amansız münasibətinə, torpaqlarımızı işğalına dözə bilməyərək birbaşa ön cəbhəyə gedib. Cəbhə yoldaşları ilə birlikdə Vətən uğrunda mənfur düşmənə qarşı 3 il vuruşub. 1994-cü il iyulun 14-də Tovuzun Ağdam kəndində Qaraqaya zirvəsində gedən döyüşlərdə Sahib Hüseynov igidlik göstərərək zirvənin düşmənin əlinə keçməsinə imkan verməyib, təkbaşına ermənilərə qarşı döyüşüb və qəhrəmancasına şəhid olub. İndi həmin Qaraqaya zirvəsində, Sahib Hüseynovun şəhid olduğu məkanda xatirə lövhəsi yer alıb. 24 iyun 2010-cu ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Sahib Hüseynov “Hərbi xidmətlərə görə” medalına layiq görülüb.
Şəhidin yaxınları dövlət başçısı İlham Əliyevə şəhid ailələrini daim diqqətdə saxladığına, səmimi münasibətə görə təşəkkür etdilər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
06.04.2020
Evdən çıxmaq üçün 556 762 icazə qeydiyyata alınıb
06.04.2020
“Regional İnkişaf” İnkişaf Birliyi ehtiyacı olan və yardım göstərmək istəyənlər üçün sosial portal yaradır
06.04.2020
Prezident Akif Çovdarovu əfv edib
06.04.2020
Prezident yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib
06.04.2020
Pensiya və ünvanlı dövlət sosial yardımlarının ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə dəyişdirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info