Ağstafada sənaye parkı və taxıl kombinatının tikintisi aparılır
Tarix: 15.07.2016 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Ağstafa Rayon İcra Hakimiyyətində cari ilin altı ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş tərkibdə şura yığıncağı keçirilib. Şura iclasında rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev hesabat məruzəsi ilə çıxış edib.
Məruzədə qeyd olunub ki, cari ilin altı ayı ağstafalılar üçün uğurlu olub. Belə ki, altı ayda Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 1,4 faiz artıb. Keçən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının həcmində 4,1 faiz, nəqliyyat xidmətində 4,6 faiz, rabitədə 2 faiz, ticarət sahəsində 15,8 faiz artım olub. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 8,8 faiz, pərakəndə əmtəə dövriyyəsi 6,3 faiz artıb. Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası Ağstafa rayonunda tədbirlər planına uyğun həyata keçirilib. Yanvar-iyun ayları ərzində həyata keçirilən bir sıra tədbirlər nəticəsində 805 nəfər işlə təmin olunub. Diqqətə çatdırılıb ki, rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Cari ilin 6 ayında rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Bu da dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiya, texnika təminatı nəticəsində əldə olunub. Hazırda rayonda taxıl biçini davam etdirilir. Ağstafa rayonunda yeni biznes layihələrinin həyata keçirilməsi, istehsal və emal müəssisələrinin yaradılması, eləcə də aqrar sahədə tədarük müəssisəsinin, soyuducu anbar komplekslərinin, istixanaların tikintisi məqsədilə rayondan kənarda yaşayan ağstafalı iş adamları ilə danışıqlar aparılır. Artıq rayonda “Karvan-EKO” sənaye parkının tikintisi işlərinə başlanılıb. Sənaye parkında müasir texnologiyalara əsaslanan üzvi kimya maddələrinin istehsalı, meyvə və tərəvəzin emalı, dam örtükləri və şüşə emalı, plastik tullantıların təkrar emalı müəssisələri, müasir texnoloji idarəetmə prinsiplərinə əsaslanan 5-ci nəsil istixana kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanması və qablaşdırılması, həmçinin 200 hektar ərazidə yeni aqrotexniki üsullarla üzüm, ərik, xurma və digər meyvə bağlarının salınması üçün layihələndirmə işləri aparılır və torpaq sahəsinin ayrılması həyata keçirilir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində Almaniyanın qabaqcıl şirkətlərinin iştirak etdiyi “Ağstafa Aqroservis” MMC-nin 2-ci mərhələsini təşkil edən Ağstafa taxıl və un məmulatları kombinatının tikintisi işləri aparılır. Layihəyə 6 min hektar torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı, 30 min ton saxlama gücü olan taxıl anbarı, ümumi sahəsi 4 min kvadratmetr olan 3 toxum emalı anbarı, istehsal gücü saatda 5 ton olan taxıl emalı və un zavodu, istehsal gücü saatda 5 ton olan çörək və çörək məmulatları zavodu, satış və eyni zamanda 200 nəfərə xidmət göstərən “Fas-food” iaşə xidməti daxildir. Rayonda hesabat dövründə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə görülən işlər geniş təhlil olunub. Nəzərə çatdırılıb ki, cari ilin altı ayında həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri bundan sonra da yüksək templə davam etdiriləcək.
Cavid




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info