Kərəm Həsənov Oğuzda vətəndaşları qəbul edib
Tarix: 19.07.2016 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 18 iyul 2016-cı il tarixində Oğuzda vətəndaş qəbulu keçirib. Qəbulda Oğuz, Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edib. Müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar öz müraciətlərini komitə sədrinə çatdırıblar.
Qəbulda mülkiyyət hüquqlarının tənzimlənməsi, daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı, dövlət əmlakının idarə edilməsi, bələdiyyə torpaqlarının sərhədlərinin müəyyən edilməsi, torpaqların təyinatı üzrə istifadəsi ilə bağlı müraciətlər səsləndirilib. Vətəndaşlar onlara məxsus fərdi həyət evləri və mənzillər, torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması ilə bağlı komitə sədrinə müraciət ediblər.
Qəbulda səsləndirilən bir sıra müraciətlər komitə sədri tərəfindən verilən göstərişlər nəticəsində dərhal həllini tapıb. Müraciətlər və suallarla bağlı vətəndaşlara mövcud qanunvericiliyin tələbləri və zəruri prosedurlar izah olunub.
Komitə sədri qəbulda diqqətə çatdırıb ki, daşınmaz əmlakın və torpaq sahələrinin, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqların dövlət qeydiyyatı daha rahat və çevik qaydada aparılır. Komitənin həyata keçirdiyi yeniliklər və “bir pəncərə” prinsipinin tətbiqindən sonra bütün bu işlər daha da sadələşib və operativ olub. Qeyd olunub ki, dövlət başçısının tapşırığına uyğun olaraq əlçatanlığı təmin etmək üçün qeydiyyat xidmətləri vətəndaşların ünvanına çatdırılır. Şəhər və rayonlarda, habelə ucqar məntəqələrdə və cəbhəyanı bölgələrdə sosial kampaniyalar təşkil edilir. Bu kampaniyalar çərçivəsində vətəndaşların torpaq sahələri, o cümlədən pay torpaqlarına dair çıxarışlar təqdim olunur. Vətəndaşlar üçün geniş hüquqi məsləhət xidmətləri göstərilir.
Qəbul zamanı komitə sədri dövlət başçısının Nazirlər Kabinetinin son iclasında torpaqların səmərəli istifadəsi və mühafizəsi ilə bağlı tapşırıqlarına toxunub. Bildirilib ki, Azərbaycan Respublikası prezidentinin rəhbərliyi ilə son dövrlər torpaq münasibətlərinin tənzimlənməsi sahəsində mühüm islahatlar həyata keçirilib. Torpaqların dəqiq uçotu, torpaq idarəçiliyi və inzibatçılığında yeni çağırışların və müasir yanaşmaların tətbiqi ilə bağlı Fərman və tapşırıqlar verilib. 13 iyul tarixində daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı da təsdiq olunub. Proqramın məqsədi ölkədə torpaq münasibətlərinin inkişafına, torpaq ehtiyatlarının dövlət idarəetməsinin təkmilləşdirilməsinə nail olmaqdır.
Komitə sədri bildirib ki, torpaqların səmərəli istifadəsinə nəzarət torpaqların iqtisadi dövriyyəyə qaytarılmasını təmin edir və səmərəsini artırır. Qeyd olunub ki, torpaq idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bütün kateqoriyalı torpaqların elektron uçotu sisteminin yaradılması işi aparılır. Bu tədbirlərin məqsədi torpaqların vahid elektron uçotunu formalaşdırmaq, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların dəqiq həcmini müəyyənləşdirmək, faktiki və sənəd uyğunsuzluqlarını aradan qaldırmaqdır.
Qeyd edək ki, qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib və müraciətlərinə baxılıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info