Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə
Tarix: 20.07.2016 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) Dövlət Statistika Komitəsi (DSK) və Bakı Ağır Cinayətlər Məhkəməsində inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 80 vakant dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə dünən yeni müsabiqə və ümumi müsahibə elan edib.
Komissiyadan bildiriblər ki, vakant vəzifələrdən 75-i müsabiqəyə, 5-i isə ümumi müsahibəyə təqdim edilib. Müsabiqəyə çıxarılan vəzifələrdən 74-ü (6 vəzifə inzibati vəzifələrin 5-ci, 68 vəzifə isə 7-ci təsnifatına aiddir) Dövlət Statistika Komitəsinin mərkəzi aparatında və yerli bölmələrində, biri isə (inzibati vəzifələrin 6-cı təsnifatına aiddir) Bakı Ağır Cinayətlər Məhkəməsindədir. Ümumi müsahibəyə çıxarılan vəzifələr (1 vəzifə inzibati vəzifələrin 5-ci, 4 vəzifə isə 7-ci təsnifatına aiddir) Dövlət Statistika Komitəsinin mərkəzi aparatında və yerli bölmələrindədir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı iyulun 19-dan avqustun 17-si saat 18:00-dək Komissiyaya təqdim etməlidirlər. Müraciət forması elektron, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər. Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər. Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları sənədlərini iyulun 19-dan avqustun 8-i saat 18:00-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info