Ulduz Şokolad Fabrikinə 84 məktəbdən 2416 şagird və müəllim qrupu ekskursiyaya gəlib
Tarix: 21.07.2016 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Ulduz Şokolad Fabrikinin məhsulları böyüklərlə yanaşı uşaqların da rəğbətini illərlə qazanmaqdadır. Fabrik istehsal etdiyi və günü gündən artan çeşidləri və keyfiyyətli məhsulları ilə şokolad sevənlərin sevimli markasına çevrilib. Dünyanın 20-dən artıq ölkəsinə öz məhsullarını ixrac edən və dadı ilə dillər əzbəri olan şokoladların istehsal prosesi ilə tanış olmaq hər kəsi maraqlandırır. Məhz buna görə Ulduz Şokolad Fabriki illərdir məktəblilər üçün təmənnasız olaraq ekskursiyalar təşkil edir.
Ekskursiya zamanı fabrikdə məktəblilərə şokoladın tarixi, hazırlanma texnologiyası və fabrik haqqında kiçik film göstərilir. Daha sonra istehsalat sahəsinə daxil olmaq üçün təhlükəsizlik qaydaları barədə uşaqlara ətraflı məlumat verilir. İstahsalat sahəsində təmizlik və gigiyena qaydalarına riayət etməklə böyükdən kiçiyə hər kəs xüsusi geyimlərlə təchiz edilir. Daha sonra fabrikin əməkdaşları ekskursiya iştirakçılarına avadanlıqlar və istehsalat prosesi ilə bağlı ətraflı məlumat verərək hazırlanan məhsullardan yerindəcə dadma şəraiti yaradırlar. Sonda ekskursiya iştirakçılarına “Ulduz” şokolad fabrikinin məhsulları hədiyyə olunur, xatirə şəkili çəkilir.
Qeyd edək ki, 2014-cü ildən bu günə kimi fabrikimizi 342 məktəbdən 7540 şagird və müəllim qrupu ziyarət edib. O cümlədən 2016-cı ilin 6 ayında 84 məktəbdən 2416 şagird və müəllim qrupu fabrikimizdə ekskursiyada olublar.
Xatırladaq ki, 2001-ci ildən fəaliyyət göstərən, Avropanın ən müasir avadanlıqları ilə təchiz edilmiş “Ulduz” şokolad fabrikində istehsal edilən məhsullar dünyanın 20-dən çox ölkəsinə ixrac olunmaqdadır. Fabrikin geniş çeşidli və keyfiyyətli məhsulları hər il Almaniya, Rusiya, Hollandiya, İran və BƏƏ-də keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda “Azərbaycan malı” adı altında layiqincə təmsil edir.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info