Zaqatalada dini mövzuda müşavirə keçirilib
Tarix: 21.07.2016 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri,  Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün  Zaqatalada dini icma və ictimaiyyət nümayəndələrinin iştirakı ilə müşavirə keçirib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət ediblər.
 Şeyxülislam Allahşükür Paşazadə Zaqatala şəhər Cümə məscidini ziyarət edərək orada namaz qılıb, dualar oxuyub.
 Sonra Bakı İslam Universitetinin Zaqatala şöbəsinin konfrans zalında bu təhsil ocağının müəllim və tələbələri, habelə rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri və dindarların iştirakı ilə müşavirə keçirilib.
 Müşavirəni Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq təhrikçi dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində həyata keçirilən tədbirlərin Zaqatala sakinləri tərəfindən də razılıqla qarşılandığını bildirib, dindarların və yerli sakinlərin maarifləndirilməsi ilə bağlı belə görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb.
 QMİ sədri Allahşükür Paşazadə çıxış edərək Azərbaycanda mövcud dini durum barədə danışıb. Müstəqillik illərində Azərbaycanda dinə və dini icmaların fəaliyyətinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulayan Şeyxülislam hazırda ölkədə 2 minə yaxın məscidin fəaliyyət göstərdiyini, onlarla məscidin bərpa olunduğunu, yeni ibadətgah yerlərinin yaradıldığını diqqətə çatdırıb.
 Şeyxülislam Allahşükür Paşazadə müşavirədə Zaqatala rayonuna yeni təyin etdiyi qazını ictimaiyyətə təqdim edib. Şeyxülislam həmçinin QMİ-nin yerli nümayəndəliyinə müəyyən mələlərin həlli məqsədilə 10 min manat maddi yardım göstərib.
 
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info