QİÇS-ə qarşı arı zəhəri
Tarix: 12.03.2013 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


ABŞ-n Vaşinqton Universitetinin alimləri, tibb tarixində iz qoyacaq bir kəşf ediblər.
Belə ki, arının zəhər kisəsində olan və sancma nəticəsində ifraz olunan kimyəvi bir maddənin ətrafdakı sağlam hüceyrələrə ziyan vurmadan QİÇS-ə yol açan HİV virusunu məhv etdiyi kəşf olunub.
Araşdırmaçılar bu maddəni gel vəziyyətinə gətirib virusa yoluxmanın qarşısını almağı planlaşdırırlar.
Araşdırmaçı Cosua L.Hud deyib ki, bu gel vasitəsilə bədənin virusun yayılma ehtimalı yüksək olan hər bir bölgəsində qabaqlayıcı tədbir olaraq istifadə edərək, bununla da virusun həm də başqalarına yoluxmasının qarşısını almağa ümid edirlər.
Qeyd edək ki, arı zəhərindəki “melittin” adlı maddə HİV virus hüceyrələrinin ətrafında dəliklər açır, ancaq ətrafdakı digər hüceyrələrə ziyan vurmur. İndiyədək QİÇS-in müalicəsində istifadə olunan dərmanlar virusun bədəndə yayılmasını ləngidirdisə, arı zəhərindəki bu maddə virusa birbaşa “hücum” edərək infeksiya yaranmasının qarşısını alır.

NURANƏ




 
Bölməyə aid digər xəbərlər
19.01.2020
Yaddaşı gücləndirmək üçün bunları yeyin!
18.01.2020
Ən təhlükəli qan qrupu
17.01.2020
Yuxusuzluq şəkər və xərçəng xəstəliyi yaradır
17.01.2020
Yeməkdən dərhal sonra çay içirsinizsə, bu xəstəliyə yoluxa bilərsiniz
17.01.2020
Koronavirusun Azərbaycanda yayılma ehtimalı varmı?

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Ermənilərin “Arsax” yalanı
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info